Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycana casusluq edən ölkə vətəndaşını ifşa etdiyini açıqlayıb.APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, həyata keçirilən operativ-istintaq tədbirləri nəticəsində yanvarın 31-də Ermənistan Polisinin sabiq əməkdaşı, İrəvan şəhər sakini, 60 yaşlı Xaçik Yeğişeviç Martirosyan saxlanılıb. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin açıqlamasına görə, X. Martirosyan maddi qazanc əldə etmək məqsədilə 2013-cü ilin avqustunda öz təşəbbüsü ilə Azərbaycanın Gürcüstandakı səfirliyinə üz tutaraq səfirliyin patronajlığı altında fəaliyyət göstərən Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqə qurub və öz xidmətlərini təklif edib. O, Azərbaycan tərəfindən hərbi xarakterli informasiyalar ötürmək tapşırığı alıb və bu istiqamətdə müəyyən addımlar atıb. X. Martirosyan aldığı informasiyaları Azərbaycan tərəfinə ötürməyə cəhd etsə də, onun bu əməlinin qarşısı alınıb. Ermənistan MTX tərəfindən fakt üzrə cinayət işi qaldırılıb, istintaq aparılır. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən isə APA-ya bu məlumatı təkzib ediblər. “Bizə belə bir adam məlum deyil”, - deyə Mərkəzdən bildirilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !