MTN generalı Elçin Quliyev və polkovnik Azər Mehdiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi təyin edilib.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, keçmiş "MTN-çi”lər şikayət ərizələrində onlar barəsində bəraət hökmü verilməsini və müsadirə edilən əmlaklarının özlərinə qaytarılmasını istəyiblər.
İş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyevin icraatına verilib. İlkin baxış iclası fevralın 8-də keçiriləcək.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə general E.Quliyev 10 il 6 ay müddətinə, polkovnik A.Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
E.Quliyevdən general rütbəsinin alınması üçün prezidentə, A.Mehdiyevdən polkovnik rütbəsinin alınması üçün müvafiq icra orqanına təqdimat verilib. Həmçinin, onların əmlaklarının müsadirə edilməsinə qərar verilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !