Milli Televiziya və Radio Şurası (MTRŞ) Space TV-də yayımlanan "El bizim, sirr bizim” proqramını tənqid edib. "Qafqazinfo” xəbər verir ki, Şuranın yaydığı açıqlamada aparıcı Elçin Əlibəylinin ifaçı Maral Tahirqızını aşağılaması pislənilib:
"İl ərzində teleradio məkanında müşahidə olunan mənfi tendensiyalardan biri sosial şəbəkələrdə populyarlaşmış bu və ya digər neqativ fenomenin kütləvi yayıma çıxarılaraq ictimai rəyə yeridilməsi hallarıdır. Yayımçılar tərəfindən psixi durumu, tərbiyəsi yerində olmayan ayrı-ayrı fərdlərin sosial şəbəkələrdə populyarlığını nəzərə alaraq efirə çıxararaq onun vasitəsilə reytinq əldə edilməsinə çalışıb.
Məsələn, belə hallardan biri cari ilin may ayında (05.05.2018-ci ildə) Space TV-də yayımlanan "El bizim, sirr bizim” verilişində baş verib. Belə ki, verilişdə aparıcı Elçin Əlibəyli tərəfindən saxta sənətkar nümunəsi qismində cəmiyyətdə qeyri-ciddi müğənni kimi tanınan Maral Tahirqızı adlı xanım iştirakçı təhqir edilib. Bu hal internet media və sosial şəbəkələrdə də ciddi müzakirələrə səbəb olub”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !