• $ 1.7
  • € 1.9952
  • ₽ 0.021757
  • ₺ 0.0425
  • £ 2.3133

Müddətli və müddətsiz əmək müqavilələri nə ilə seçilir?

Müddətli və müddətsiz əmək müqavilələri nə ilə seçilir?
18.08.2024 14:25

Hər bir şəxsə məlumdur ki, arzu edilməz işçi ilə əmək müqaviləsinin ləğv edilməsinin ən asan və problemsiz yolu - onunla MÜDDƏTLİ Əmək müqaviləsinin bağlanmasıdır.


Müddətli Əmək müqaviləsi bağlamış işçilərdə MÜDDƏT 5 ili keçdikdə, HƏMİN MÜQAVİLƏ - müddətsiz Əmək müqaviləsi olur və artıq bu əsasla həmin işçini işdən azad etmək mümkün olmur. İşçilərin bir çoxu da əmək müqaviləsinin yenidən müddətli müqavilə ilə əvəz edilməsi ilə razılaşmırlar.


Bu halda çox asan və sadə 2 yoldan istifadə etməklə - təzyiq, hədə qorxu, aldatma, qarşılıqlı razılıq və s işçilərlə YENİDƏN MÜDDƏTLİ ƏMƏK müqaviləsi bağlanılmasına nail olunur.


Birinci halda - 5 ili tamam olan işçinin müəyyən razılaşma əsasında müddətli Əmək müqaviləsi ləğv edilir, qısa bir müddət, 1-2 gün keçdikdən sonra həmin işçi ilə yenidən Əmək müqaviləsi bağlanılır. Beləliklə, işçi ilə yeni əmək müqaviləsi bağlamaqla Müddətli Əmək müqaviləsi yenidən bərpa olunur.


İkinci halda - İŞÇİNİN VƏZİFƏ VƏ YA PEŞƏ adının dəyişdirilməsi adı altında formal yeni Əmək müqaviləsi bağlanılır və bu zaman Əmək müqaviləsində İŞÇİ İLƏ MÜDDƏTSİZ əmək müqaviləsi bağlanması GÖSTƏRİLMİR. Beləliklə də, işçi ilə bu ad altında bağlanan Əmək müqaviləsində süni yollarla yenidən müddətli Əmək müqaviləsi bərpa olunur.


Hal hazırda da 5 ili tamam olanmüddətsiz əmək müqaviləsinə keçmiş çoxlu sayda işçi ilə, vəzifə və peşəsinin adının dəyişdirilməsi və formal müqavilə dəyişikliyi adı altında, 5 il TAMAM OLMAQLA MÜDDƏTSİZ ƏMƏK müqaviləsi ilə işləyən İŞÇİLƏRİN, YENİ ƏMƏK MÜQAVİLƏSİNDƏ - ƏMƏK MÜQAVİLƏSİNİN MÜDDƏTSİZ OLMASI GÖSTƏRİLMƏMİŞ VƏ MÜDDƏTLİ ƏMƏK k MÜQAVİLƏSİ KİMİ RƏSMİLIŞDİRİLİB.


Beləliklə, qeyd etdiyimiz hər 2 halda işçilərlə bağlanmış Əmək müqavilələri çox asan və sadə yollarla müddətli Əmək müqavilələrinə keçirilir və Əmək Məcəlləsinin tələbləri açıq və ya dolayı yollarla pozulur.

Qeyd olunan bu və ya digər hallarda işçilərin AR-nın Əmək Məcəlləsində göstərilən bu və hüquqlarını bilmələri və bu tələblərə əməl etmələri onlar üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki:

1. Əvvəllər çalışdıqları vəzifə və ya peşələrin adlarının dəyişdirilməsi adı altında belə, öz əvvəlki Əmək müqavilələrində olan şərtlərin tam saxlanılmasını tələb etmək, xüsusən də artıq 5 ili tamam olmaqla MÜDDƏTLİ ƏMƏK MÜQAVİLƏSİNDƏN - MÜDDƏTSİZ ƏMƏK müqaviləsinə keçmiş işçilərdə, yeni əmək müqaviləsində, müqavilənin ikinci bəndində müddətsiz əmək müqaviləsi şərtinin mütləq yazılmasına nail olmaq.

Belə ki:
2. Əmək Məcəlləsinə əsasən-müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, MÜDDƏTSİZ ƏMƏK müqaviləsi hesab edilir.

3.Əmək müqaviləsi 2 nüsxədən az olmayaraq tərtib olunur, tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.

4. Əmək müqaviləsinin hər 2 nüsxəsi, hər iki tərəfdən imzalanmalı və bu müqavilənin bir nüsxəsi sonradan deyil (müəyyən əlavələr və ya düzəlişlər edilməməsi üçün), imzaladığı anda işçiyə verilməlidir.

5. Əmək müqaviləsinin məzmunu, quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.

6. Əmək müqaviləsində mütləq aşağıdakı və digər şərtlər və məlumatlar göstərilməli və tam şəkildə doldurulmalıdır, xüsusən də aşağıdakı hissəsində: işçinin iş yeri, vəzifəsi (peşəsi); ƏMƏK MÜQAVİLƏSİNİN MÜDDƏTİ; işçinin əmək funksiyası; İŞİNİN ƏMƏK şəraitinin şərtləri — İŞ VƏ İSTİRAHƏT VAXTI, ƏMƏK HAQQI VƏ ONA ƏLAVƏLƏR, ƏMƏK məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması və sair.

7. Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək: Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarla işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz.

8. Əmək Məcəlləsində başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.

9. İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər Əmək Məcəlləsi və ya əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarınq pozulmasına görə: maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

10. Şübhəsiz ki, fərdi əmək mübahisələri zamanı qeyd olunan hallara: Həmkarlar ittifaqları təşkilatının, Dövlət Əmək Müfəttişliyi Xidmətinin və məhkəmə orqanlarının diqqət yetirməsi və işçilərin hüquqlarının bərpa edilməsi də mühüm əhəmiyyət kəsb edir.

 

Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı" İctimai Birliyi tərəfindən "Əmək münasibətlərində şəffaflığın təmin edilməsində əmək müqaviləsinin əhəmiyyəti” layihəsi çərçivəsində hazılanıb


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsmayıllıda zəlzələ baş verib
Cəmiyyət 08:58
İsmayıllıda zəlzələ baş verib
Bu ərazidə qaz olmayacaq
Cəmiyyət 22:50
Bu ərazidə qaz olmayacaq
Ermənistanın işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ
Cəmiyyət 21:38
Ermənistanın işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ
Masallıda yanğın su kəmərini zədələyib
Cəmiyyət 20:55
Masallıda yanğın su kəmərini zədələyib
Polis ikitəkərli nəqliyyat sürücülərinə xəbərdarlıq edib - Video
Cəmiyyət 18:08
Polis ikitəkərli nəqliyyat sürücülərinə xəbərdarlıq edib - Video
Binəqədi rayonunda gənc qadının ölüm faktı ilə bağlı cinayət işi başlanıb
Cəmiyyət 17:53
Binəqədi rayonunda gənc qadının ölüm faktı ilə bağlı cinayət işi başlanıb
MDB Oyunları və Formula 1 yarışları ərəfəsində təcili tibbi yardım sistemində hazırlıq gücləndirilib
Cəmiyyət 17:43
MDB Oyunları və Formula 1 yarışları ərəfəsində təcili tibbi yardım sistemində hazırlıq gücləndirilib
Qarabağda tibbi infrastrukturun genişləndirilməsi sürətlə davam edir – TƏBİB
Cəmiyyət 17:40
Qarabağda tibbi infrastrukturun genişləndirilməsi sürətlə davam edir – TƏBİB
Azərbaycanda ilk - Yeni KlinikadaRobotik Reabilitasiya Mərkəzi açılır
Cəmiyyət 17:35
Azərbaycanda ilk - Yeni KlinikadaRobotik Reabilitasiya Mərkəzi açılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol