Tailandda 38 yaşlı qadın onu danlayan və daha yaxşı işləməsini istəyən müdirinə qəzəbləndiyi üçün içərisində minlərlə litr neft olan çəni partladıb.
Yanğın törətdiyini etiraf edən Ann Sriya adlı qadın tutularaq həbsxanaya göndərilib.
Yanğının nəticəsində dəymiş zərərəin ümumi məbləğinin 40 milyon Tayland bahtına bərabər olduğu bildirilir.
Qadın işə götürəninin hər gün mübahisə etdiyini, onu stresə saldığını deyib. O, törətdiyi yanğının bu qədər zərər verəcəyini gözləmədiyini söyləyib.
40-dan çox yanğınsöndürən 4 saat mübarizə apardıqdan sonra yanğın nəzarət altına alınıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !