"Müharibə vəziyyəti elan edəcəyəm"

09:47 | 29.05.2015

"Müharibə vəziyyəti elan edəcəyəm"

Ukraynanın prezidenti Petro Poroşenko seçilməsinin 1-ci ildönümü münasibəti ilə tele-kanallardan birində "Poroşenkonun ili” adlı proqramda çıxış edib. 

ANS PRESS-in məlumatına görə, Poroşenko atəşkəs və sərhəd pozulacağı təqdirdə müharibə mövqeyinə keçəcəyini bildirib. 

"Əgər atəşkəs pozulsa, sərhəd keçilsə və Ukrayna silahlı qüvvələri hücuma məruz qalsa o anda ölkədə müharibə vəziyyəti elan edəcəyəm”. 

Ötən ildən bəri şərqdə vəziyətin tamamilə dəyişildiyini deyən Ukrayna prezidenti, döyüş təcrübəsi olan minlərlə rus silahlısının Ukrayna torpaqlarına girdiyini, bununla yanaşı müharibənin gedişinin dəyişildiyini, Rusiyanın dəstəklədiyi və nəzarət etdiyi separatçılarla döyüşün Rusiya ilə müharibəyə çevrildiyini bildirib. 

Rusiyanın ilkin mərhələdə Ukraynanın Xarkov, Dneprpetrovsk, Donetsk, Luqansk, Zaparojye, Xerson, Nikolayev, Odessa və Krımdan ibarət 9 bölgəni "Novorusiya” tavanı altında birləşdirmək istədiyini deyən Poroşenko bunun uğursuz olduğunu qeyd edib. 

"Novorusiya layihəsi rəsmən uğursuzluğa düçar oldu. Ukrayna birliyini nümayiş etdirdi. Bu, Ukraynanın uğurudur. Bu, son bir ilin ən böyük uğurudur”. 

Petro Poroşenko həmçinin dil fərqliliyinin separatçılıq amili olmaqdan çıxdığını da bildirib. 

"Artıq dil, dövləti parçalamaq amili olmaqdan uzaqdır. Rus dilində Ukraynanı sevənlər ən azı Uklrayna dilində sevənlər qədərdir. Şərqdə Ukraynanı müdafiə edənlərin 50%i rusca danışır”. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM