• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Müharibədə iştirak edən mülki şəxslərin hərbi biletinə niyə möhür vurulmur?

Müharibədə iştirak edən mülki şəxslərin hərbi biletinə niyə möhür vurulmur?
11.02.2021 09:53
Müharibənin bitməsindən xeyli keçməsinə baxmayaraq müharibədə iştirakımıza görə hərbi biletimizə möhür vurulmur, bu sözləri anews.az-a İkinci Qarabağ savaşının iştrakçısı və  adının çəkilməsini istəməyən altı könüllüdən biri deyib. 
 
"Müharibə başlıyanda bizim "Xaliq Faiqoğlu"şirkəti tərəfindən avtobusları aparıb Müdafiə Nazirliyinə təhvil verilməsi barədə məlumat verildi. Əlavə olaraq təklif olundu ki, kim istəsə könüllü həmin avtobusları sürmək üçün döyüş zonasında qala bilər . Hətta şirkət tərəfindən bizə ezam olunmaqla bağlı sənəd də təqdim olundu. Bildirildi ki, ezam olunduğumuz müddətdə xərclərimizi şirkət özü ödəyəcək. Biz 8 nəfər də vətənə borcumuzu vermək üçün könüllü  döyüş zonasında həmin avtobusları sürməyə razılıq verdik. Hətta bizə Binəqədi rayonu Səfərbərlik və Hərbi Çağırış üzrə qurumdan müharibədə iştirak etməyimizlə bağlı rəsmi arayış göndərildi. Müharibə başyalandan 2-4 ay müddətində döyüş bölgələrində vəzifəmizi layiqincə yerinə yetirdik. Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd və Laçının bir neçə kəndinə qədər olan döyüşlərdə iştirakımız olub. Qeyd üçün onu da deyək ki, şirkət bizimlə ezam olunmaqla bağlı müqavilə imzalasa da bizim ezam pullarımızı vermədi. 
 
Lakin daha əsas problemlər qayıtdıqdan sonra başladı. Belə ki,  müraciət etdiyimiz qurumlar müharibədə iştirakımıza görə, hərbi biletimizə möhür vurmadı. Müdafiə Nazirliyinin yaratdığı komissiya bizi xidmət etdiyimiz N saylı hərbi hissəyə yönləndirdı. Həmin N saylı hərbi hissədən isə bizə dedilər ki,  siz könüllü müharibəyə yollanmış  mülki şəxslərsiz və buna görə sizin hərbi biletə möhür vurula bilməz. Amma döyüşə yollandığımız səkkiz nəfərərimizdən ikisi başqa N saylı hərbi hissədə olub, amma onların hərbi biletinə möhür vurulub. Əgər vurulması qanunla doğru deyildisə bəs niyə onlara vurulub?" - deyə şikayətçilər bildirir.  
 
Müharibədə iştirak edən altı sürücünün və digər iki sürücünün olduğu N saylı hərbi hissələrlə əlaqə saxladıq.
 
Altı nəfərin iştirak etdiyi hərbi hissənin komandiri Elvin Əməşov bildirdi ki, bəli o şəxslər mülki olduğu üçün onların hərbi biletinə möhür vurulması qanun pozuntusudur. "Biz onlara müharibədə fədakar iştirakına görə təltif olunmaları barəsində fəxri fərman da vermişik. Hərbi biletinə möhür vurulan şəxs isə mütləq şəkildə hərbi vəzifəsi olan və ehtiyatda olan vəzifəli şəxs olmalıdır". 
 
Digər iki nəfərin hərbi biletinə möhür vuran hərbi hissənin avtotexniki hissələrinə cavabdeh olan məsul  Vilatik Abbasov isə bildirdi ki, "Xaliq Faiqoğlu" şirkətinin iki işçisi müharibə dövründə bizim N saylı hərbi hissə tərəfindən vəzifəsini layiqincə yerinə yetirib. "Həmin şəxslər bura ezam olunub və könüllük əsasında gəliblər. Biz də qanunla onların müharibədə iştirakını qiymətləndirimiş və buna görə də onların hərbi biletinə möhür vurulub". 

Hərbi ekspert Ədalət Verdiyev isə anews.az-a açıqlamasında bildirdi ki, qanunla bu məsələ iki cür tənzimlənir. Birincisi həmin şəxsin hərbi vəzifəsi olmalıdır. İkinçisi isə şəxs birbaşa döyüş əməliyyatlarında iştirak etməlidir. Bu iki şərt olmasa o şəxsin hərbi biletinə möhür vurmaq qanun pozuntusu sayıla bilər. Bu məsələdə isə şikayətçi tərəflər məhkəməyə müraciət etməklə problemlərini qanuni yolla araşdıra bilərlər. 

 


Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kəlbəcərdə partlayış olub, xəsarət alanlar var
Cəmiyyət 22:50
Kəlbəcərdə partlayış olub, xəsarət alanlar var
BMT: Qəzzada Nasser xəstəxanasına hücumda 20 nəfər, o cümlədən 5 jurnalist öldürülüb
Cəmiyyət 22:34
BMT: Qəzzada Nasser xəstəxanasına hücumda 20 nəfər, o cümlədən 5 jurnalist öldürülüb
Mehriban Əliyeva Heydər Əliyev Fondunun uşaqlar üçün təşkil etdiyi şənliklərlə bağlı paylaşım edib - Video
Cəmiyyət 22:17
Mehriban Əliyeva Heydər Əliyev Fondunun uşaqlar üçün təşkil etdiyi şənliklərlə bağlı paylaşım edib - Video
Cəlilabadda 5 avtomobil toqquşub - Xəsarət alanlar var
Cəmiyyət 20:00
Cəlilabadda 5 avtomobil toqquşub - Xəsarət alanlar var
Təcili tibbi yardım avtomobilində bir gündə 3 körpə doğulub
Cəmiyyət 19:19
Təcili tibbi yardım avtomobilində bir gündə 3 körpə doğulub
Bakının bu rayonunda qaz kəsiləcək
Cəmiyyət 19:13
Bakının bu rayonunda qaz kəsiləcək
Bakıda süni göldə uşaq batıb
Cəmiyyət 18:40
Bakıda süni göldə uşaq batıb
57 236 nəfər ali təhsil müəssisələrinə qəbul olunub - DİM
Cəmiyyət 18:28
57 236 nəfər ali təhsil müəssisələrinə qəbul olunub - DİM
“Qarabağ”ın oyununa görə metroda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
Cəmiyyət 18:11
“Qarabağ”ın oyununa görə metroda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol