Qazilərin müalicəsi üçün Reabilitasiya Mərkəzi açılmalıdır DEPUTAT

15:20 | 13.11.2023
Qazilərin müalicəsi üçün Reabilitasiya Mərkəzi açılmalıdır DEPUTAT

Qazilərin müalicəsi üçün Reabilitasiya Mərkəzi açılmalıdır DEPUTAT

Müharibədən sonra travma alan qazilərin müalicəsi üçün Reabilitasiya Mərkəzinin açılması vacibdir. Bunu deputat Musa Quliyev noyabrın 13-də Milli Məclisin plenar iclasında 2024-cü ilin büdcə müzakirəsində çıxışı zamanı deyib.

2023-cü ilin doqquz ayında reabilitasiya müəssisələrində 60 min şəxsə reabilitasiya xidmətləri göstərilib, 36,9 min şəxsə əlillik təyin edilib. 

İkinci Qarabağ müharibəsi zamanı 2908 nəfər şəhid olub,  6 nəfər isə itkin düşüb.

Müharibə 2020-ci  ilin sentyabrın 20- də başlıyıb. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları azad edilib.
 
Gülnar Nazimqızı
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM