Müsavat Partiyasının "Qafqazinfo" ya qarşı iddiası üzrə məhkəmə başlayır

15:32 | 11.09.2024
Müsavat Partiyasının

Müsavat Partiyasının "Qafqazinfo" ya qarşı iddiası üzrə məhkəmə başlayır

Sentyabrın 13-də Bakının Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə Müsavat Partiyasının "Qafqazinfo" xəbər portalına qarşı iddiası üzrə məhkəmə prosesi başlayacaq. Bu barədə Turan məlumat verib. 

Avqustun 12-də Müsavat Partiyasının başqanı İsa Qəmbər və bu partiyanın məclisinin sədri Arif Hacılı Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko və Avropa ölkələrinin diplomatları ilə görüşüblər.

Müsavatın məlumatında deyilir ki, Aİ nümayəndəliyinin təşəbbüsü ilə baş tutan görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, sentyabrın 1-nə təyin olunan növbədənkənar parlament seçkiləri, siyasi məhbuslar, Aİ ilə Azərbaycan arasında münasibətlər müzakirə olunub.  Müsavat Partiyasının mətbuat xidməti görüş başa çatdıqdan dərhal sonra bu barədə məlumat yayıb.

Lakin bir sıra media orqanlarında, həmçinin "Qafqazinfo" xəbər portalında görüş, onun iştirakçıları, məqsədi və müzakirə olunan məsələlər haqqında təhrif olunmuş məlumat yayılıb.

Müsavat Partiyası "Qafqazinfo" xəbər portalından məlumatla bağlı təkzib verilməsini tələb edib. Redaksiya təkzib vermədiyindən Müsavat Partiyası məhkəməyə müraciət edib.
 
Qafqazinfo.az-ın versiyasına görə, görüşdə səfir Peter Mixalko müxalifətin fəaliyyətsizliyi məsələsini qaldırıb və guya, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell yaranan durumdan ciddi narazılığını müxalifət təmsilçilərinin diqqətinə çatdırıb.

Qafqazinfo.az-ın iddiasına görə, daha sonra Mixalko deyib ki, uzun illərdir ABŞ və Aİ müxalif qüvvələrin fəallığının təmin edilməsi, hakimiyyətə təsir və təzyiq imkanlarının gücləndirilməsi üçün müxalifətə böyük vəsaitlər ayırıb (https://qafqazinfo.az/news/detail/ai-nin-ofisinde-muxaliftle-gorus-ne-danisiblar-444326).

Aİ-nin Missiyası da  görüşdə belə bir söhbətin olmadığını bildirib. 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM