İsa Qəmbər yenidən başqan postuna seçilib.Bu barədə "Qafqazinfo” xəbər verir.
Qurultayda sərbəst Məclis üzvləri, Divan üzvləri, Mərkəzi Nəzarət Komissiya üzvləri və yeni başqan seçkisi keçirilib.
Seçkidə 282 nəfər iştirak edib, onlardan 3 nəfər əleyhinə, 279 nəfər isə İsa Qəmbərin xeyrinə səs verib.
10:38
Bu gün Müsavat Partiyasının XI qurultayı keçirilir.
"Qafqazinfo” xəbər verir ki, qurultayın keçirilməsində əsas məqsəd sərbəst Məclis üzvləri, Divan üzvləri, Mərkəzi Nəzarət Komissiya üzvləri və partiyaya yeni başqanın seçilməsidir.
İsa Qəmbər 10 il sonra yenidən namizədliyini irəli sürüb. Müsavat Partiyasının nizamnaməsinə əsasən, başqan ardıcıl 2 müddətdən artıq eyni vəzifəyə seçilə bilməz və buna görə də hazırkı başqan Arif Hacılı namizədliyini irəli sürməyib.
Daha əvvəl partiya başqanının müavini, Divan üzvü Osman Kazımov və partiyanın Səbail təşkilatının üzvü Natiq Mehdi də Müsavat başqanlığına namizədliklərini irəli sürsələr də, sonradan hər ikisi İsa Qəmbərin xeyrinə namizədliklərini geri götürüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !