• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

İslam dünyasını ayağa qaldıracaq film

İslam dünyasını ayağa qaldıracaq film
03.12.2014 22:35
İslam dünyasını ayağa qaldıran addım bu dəfə İranda atılıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, iranlı rejissor Məcid Məcidi peyğəmbər Həzrəti Məhəmmədin səsli və görüntülü olaraq təmsil ediləcəyi bir film çəkib. Sərt reaksiyalarla üzləşən filmlə bağlı Livan müftisi Məhəmməd Əli Əl Cuzu deyib: "Bu addım İranın İslamdan əvvəl mənimsədiyi bütpərəstlik günlərinə geri qayıdır”.

"Məhəmməd” adlı filmdə peyğəmbərimiz Həzrəti Məhəmmədin həyatından bəhs olunur. Filmdə peyğəmbərin rolunda birisinin oynadılması indidən hiddətə səbəb olub. Livan müftisi Əl Cuzu sözügedən filmə təpki göstərərək bunun İslama təhqir olduğunu deyib. Sözügedən filmin İranın paytaxtı Tehranda 2015-ci ilin fevral ayında keçiriləcək Şəfəq Kino Festivalında nümayiş etdiriləcəyi bildirilir. Çəkilişlərində son mərhələyə gəlinən filmin bölgədəki şiə- sünni gərginliyini daha da artırmasından narahatlıq edilir.
Filmdə Həzrəti Məhəmmədin uşaqlığından söhbət gedir. Film İslam dünyasında Fil hadisəsi kimi tanınan (Əbrəhənin Kəbəni yıxmağa çalışdığı il) Həzrət Məhəmmədin doğumu ilə başlayır.

Filmdə həmçinin, Həzrət Məhəmmədin uşaqlığında mühüm yer tutan anası Aminə, süd anası Halimə, babası Abdülmuttalibə də geniş yer verilir. Həzrət Məhəmmədin görüntülü və səsli bir şəkildə təmsil ediləcəyi film bu sahədə ilk olacaq. Ekranlarda nümayişinin başlamasının ardından İslam dünyasında, xüsusilə sünnilər arasında böyük reaksiyaya səbəb olacağı iddia edilir. Livan Müftisi Əl Cuzunun fikrincə, heç kim Həzrət Məhəmmədin şəxsiyyətini əks etdirə və onun rolunu oynaya bilməz.

Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya kimi bir çox İslam ölkəsində peyğəmbərlərin filmlərdə canlandırılmasının günah olduğu barədə fətvalar var.

Qaynar.info
Oxşar xəbərlər
Oxşar xəbərlər
Məşhur aktrisa:
Qaynari.nfo 09:01
Məşhur aktrisa: "Qəfildən kimisə sevmək yaxşı şeydir"
Elnur Türkiyədə fantastik müqavilə imzaladı
Qaynari.nfo 10:54
Elnur Türkiyədə fantastik müqavilə imzaladı
Elnur Hüseynov yenidən Türkiyəni coşdurdu
Musavat.com 12:01
Elnur Hüseynov yenidən Türkiyəni coşdurdu
İslam dünyasını ayağa qaldıracaq film
Musavat.com 22:35
İslam dünyasını ayağa qaldıracaq film
Leyla Əliyeva - “Kimi aldatdığının sən heç fərqindəmisən?”
Qaynari.nfo 22:03
Leyla Əliyeva - “Kimi aldatdığının sən heç fərqindəmisən?”
Elnur Hüseynov azərbaycanlılara müraciət etdi
Musavat.com 14:53
Elnur Hüseynov azərbaycanlılara müraciət etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol