Müstəqil sınaqlar Bakcell şəbəkəsinin üstünlüyünü təsdiq edir

17:01 | 30.09.2015
Müstəqil  sınaqlar Bakcell şəbəkəsinin üstünlüyünü təsdiq edir

Müstəqil sınaqlar Bakcell şəbəkəsinin üstünlüyünü təsdiq edir


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti abunəçilərinə ən yüksək keyfiyyətli mobil rabitə xidmətlərini təqdim etmək məqsədilə şəbəkəsini genişləndirməyə davam edir.
 
Ölkədə ən üstün şəbəkəyə malik olan Bakcell şirkətinin baza stansiyalarının sayı sürətlə artmaqdadır. Son bir aya yaxın müddət ərzində şirkət ölkə ərazisində ən müasir və innovativ texnologiyaları tətbiq etməklə 50-dən artıq yeni baza stansiyası quraşdırmağa nail olub. Hazırda "Bakcell”in sahib olduğu stansiyaların sayı aşağıdakı cədvəldə göstərilib:  
 
Şəbəkə    Baza stansiyalarının sayı
 
2G    2961
3G    2018
4G    373

Baza stansiyalarının sayındakı artım öz növbəsində şəbəkənin əhatə dairəsini, həcmini və keyfiyyətini artıraraq daha yüksək keyfiyyətli mobil rabitə və internet xidmətini təmin etməyə şərait yaradıb.
 
Bununla yanaşı, 2015-ci ildə Azərbaycan Respublikası ərazisində müstəqil şəkildə aparılan müxtəlif sınaq testlərinin nəticələrinə əsasən, Bakcell şirkəti bazarda şəbəkənin keyfiyyəti və yüksək texnologiyaların tətbiqi sahəsindəki üstünlüyünü qoruyub saxlayır. 2015-ci ilin ikinci rübündə aparılan mobil şəbəkələrin müstəqil keyfiyyət monitorinqlərinin nəticələrinə görə, Bakcell yüksək keyfiyyətli səs rabitəsi, sabit internet əlaqəsi və yüksək sürətli LTE şəbəkəsində ən yaxşı göstəricilərə sahib olmaqla rəqiblərini üstələyib. 3G şəbəkəsində 42 Mbit/s qədər sürətə nail olmaqla şirkət DC-HSPA and HSPA+ texnologiyalarında ən yüksək penetrasiya göstəriciləri nümayiş etdirir.
 
"Müstəqil sınaq testlərində yüksək nəticə göstərməyimiz və mobil rabitə istifadəçilərinin rəqiblərimizin xidmətindən imtina edərək bizim şəbəkəmizə qoşulması "Bakcell”in təklif etdiyi yüksək keyfiyyətlə sərfəli qiymət arasındakı balansın nəticəsidir. Biz yüksək qiymət müqabilində keyfiyyətsiz mobil rabitə xidməti təklif edən operatorlardan fərqli olaraq, hər zaman daha sərfəli qiymətlərlə ən üstün mobil rabitə xidməti təqdim edirik və göstərdiyimiz xidməti daha da təkmilləşdirmək üçün ən üstün şəbəkə qurmağa davam edirik”,-deyə Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.
 
Bakcell şirkətinin xüsusilə smartfon istifadəçiləri üçün nəzərdə tutulmuş aparıcı 4G şəbəkəsinə qoşulan abunəçilərinin, o cümlədən rouminq istifadəçilərinin sayı günbəgün artmaqdadır. Bakcell ölkə daxilində və ölkə xaricində 4G rouminq xidmətləri göstərən yeganə mobil operatordur.
 
Müştəri təcrübəsi Bakcell üçün ən önəmli meyarlardandır, buna görə də Bakcell şəbəkənin inkişaf etdirilməsinə və şəbəkənin məhsuldarlığının yüksəldilməsinə daim investisiyalar yatırır. Növbəti 6 ay ərzində Bakcell şirkəti 4G baza stansiyalarının sayını 1000-ə çatdırmağı planlaşdırır.
 
***

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
 
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
 
5000-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.
 
İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in 3G xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
 
Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətinin  kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
 
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
 
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM