• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Müxalifət partiyaları seçki bloku yaradacaq?

Müxalifət partiyaları seçki bloku yaradacaq?
14.12.2019 16:30
Müstəqil Azərbaycanın seçki tarixində müxalifət partiyaları dəfələrlə bir araya gələrək parlament seçkilərində blok şəklində iştirak ediblər. Bəs görəsən müxalifət növbədənkənar parlament seçkilərinə də bloklarla gedə bilərmi?
 
Müsavat Partiyasının icra aparatının rəhbəri Gülağa Aslanlı Modern.az-a açıqlamasında seçki blokunun yaradılması ilə bağlı heç bir təşəbbüsün olmadığını söyləyib:
 
"Blok yaratmaq üçün də sənədləşmə işi seçki qanunvericiliyinə görə çox çətin bir prosesdir. Bildirmək istətyirəm ki, son zamanlar bloklaşma işinə qol qoyan partiyalar yoxdur. Eyni zamanda, partiyanın gərək bütün sənədləri yerində olsun. İndiki vəziyyətdə siyası partiyaların seçki blokunun yaradılması haqqında heç bir təşəbbüs yoxdur. Gərək təklif olunsun ki, bununla da bağlı müzakirələr aparılsın”.
 
Ümid Partiyasının sədri İqbal Ağazadə isə funksional əməkdaşlıq barədə müzakirələrin olduğunu vurğulayıb:
 
"Ancaq bloklaşma barədə heç bir danışığımız olmayıb. Düşünürəm ki, bloklaşma məsələsi artıq gecdir. Sənədlərini dairə seçki komissiyasına təqdim edən bir siyasi partiyanın kiminləsə bloklaşmaya getməsi absurd bir şeydir”.
 
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da hesab edir ki, blokların yaradılması və qeydiyyata alınması çox uzun bir proses tələb edir:
 
"Blok şəklində seçkiyə getməyin texniki tərəfləri var. Bilirsiniz ki, Azərbaycan müxalifəti seçkidən qabaq dağınıq bir vəziyyətdə idi. Bütün bunları nəzərə alsaq görərik ki, blok şəklində seçkiyə getmək qeyri mümkündür. Ona görə də hər partiya ayrı-ayrı gedəcək. Bütün bunların əvəzinə müxalifətin vahid namizədlik məsələsində razılaşmaq mümkündür. Yəni hər dairədən bir müxalifətin getməsinə nail olmaq olar. Bu zaman digər alternativlər olmaz. Düşünürəm ki, belə olsa müxalifətin seçkilərdə ciddi uğur əldə etməsinə şərait yaradar”.
 
Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublunun sözlərinə görə, blokların yaradılması ilə bağlı müzakirələr aparılmayıb:
 
"Bilirsiniz ki, müxalifət partiyalarının yarısı getmək, yarısı da qalmaq qərarındadır. Buna görə də vahid mövqe olmadığından, hər bir partiya özünün siyasi fəaliyyətinə uyğun olaraq, yəni seçkiyə münasibətinin fonunda öz qərarlarını çıxarırlar. Gedənlər də arqumentdən çıxış edirlər. Məhz bu baxımdan da partiyalarda vahid mövqe olmadığından, düşünmürəm ki, hər hansı bir blok yaransın. Namizədlərin təbliğat kampaniyası zamanı hər hansı bir seçki pozuntusu olarsa, buna qarşı bir platforma təşkil etmək olar. Yəni bu kimi hallar istisna edilmir. Təbii ki, bu da demokratiyaya aid olan məsələlərdi. Ancaq hələ ki seçki başlamamışdan qabaq belə bir birlik olmayıb”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 23:30
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Cəmiyyət 20:52
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 17:24
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Cəmiyyət 15:10
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Bakıda külək ağacı avtobusun üzərinə aşırıb - Video
Cəmiyyət 14:15
Bakıda külək ağacı avtobusun üzərinə aşırıb - Video
Qazaxda minik avtomobili aşıb, ölən var
Cəmiyyət 13:39
Qazaxda minik avtomobili aşıb, ölən var
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Cəmiyyət 12:33
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Laçında yük maşını dərəyə aşıb
Cəmiyyət 10:49
Laçında yük maşını dərəyə aşıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol