Müzəffər Ordumuzun təmənnasız işləyən bərbəri

13:56 | 05.12.2020
Müzəffər Ordumuzun təmənnasız işləyən bərbəri

Müzəffər Ordumuzun təmənnasız işləyən bərbəri

Aprel döyüşlərinin qazisi, leytenant Müzəffər Bahadırov Vətən müharibəsi zamanı hərbçilərimizə təmənnasız bərbər xidməti göstərib. 

 Quru Qoşunların keçmiş zabiti 44 günlük müharibə müddətində 100-dən çox əsgər və zabit üçün bərbərlik edib.

M. Bahadırovun sözlərinə görə, cəbhə bölgəsindəki hərbi hissələrə baş çəkərək xidmət göstərməklə öz vətəndaşlıq borcunu ödəmək istəyib. 

"Mən Aprel döyüşlərində iştirak eləmişəm. Lakin o zaman yaralandım, ayağımdan qəlpə yarası, başımdan travma aldım. II qrup Qarabağ əliliyəm.

İkinci Qarabağ müharibəsində iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə 6 dəfə müraciət etdim, amma məni aparmadılar. Dedilər ki, yaralıları aparmağa icazə yoxdur. Mən də Qubadlı, Füzuli, Cəbrayılda hərbi hissələrə gedib şəxsi heyətin saçını qırxmışam. Saymamışam, amma xidmət etdiyim hərbçilərin sayı yüzdən çox olar”.

Hazırda Sumqayıtda yaşayan M. Bahadırov bundan sonra da müraciət edən hər bir hərbçiyə təmənnasız xidmət edəcəyini deyir: "Günün hansı vaxtı olur-olsun, könüllü, təmənnasız neçə nəfər hərbçi olsa, gedib saçlarını kəsə bilərəm”. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb