Müxalifət çaxnaşmada: Kılıçdaroğlu istefa versin!

18:26 | 12.08.2014
Müxalifət çaxnaşmada: Kılıçdaroğlu istefa versin!

Müxalifət çaxnaşmada: Kılıçdaroğlu istefa versin!

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankara millət vəkili Emine Ülker partiyanın lideri Kamal Kılıçdaroğluna vəzifədən mövqedən çəkilmək və qurultay çağırışı edib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, çağırışını partiyasının bir qrup millət vəkili ilə təşkil etdiyi mətbuat konfransında səsləndirib: “Hörmətli başqan və qrupu demokratiyalarda yeri olmayan yalnız seçicisini günahlandırmaqdan imtina edib, mövqeyindən çəkilməli və qurultaya getmə qətiyyətini göstərməlidir”.CHP qrupunun başqan vəkili Məhərrəm İncə də prezident seçkisinin nəticələri ilə bağlı “Twitter” hesabından yaydığı açıqlamasında bunları qeyd edib: “Ortada böyük bir məğlubiyyət var, hələ susmaq və “müvəffəqiyyətliyik” demək yaraşmır. Bu vəziyyəti qəbul edə bilmərik, ötürə bilmərik. Sözlərimin arxasındayam. Az belə söylədim. Sabah, ya da sonrakı gün Ankarada daha detallı bir açıqlama verəcəyəm”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM