Biz
futbol proseslərini qabaqlamaq istəməzdik. Sözügedən komandaların
tərkibi ilə bağlı məlumat daxil olduqdan sonra məsələyə baxılıb, konkret
münasibət bildirilə bilər.
Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İngiltərənin "Arsenal” klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıya - "Qarabağ”la oyuna gəlməsinə rəsmi Bakının icazə verib-verməyəcəyi məsələsinə münasibətini bildirərkən deyib.
XİN sözçüsü deyib ki, Azərbaycan dünyanın
idman ölkəsidir və ölkəmizdə keçirilən beynəlxalq səviyyəli idman
yarışlarında Ermənistan vətəndaşlarının, o cümlədən, digər ölkələrin
erməni əsilli vətəndaşlarının iştirakı dəfələrlə baş tutub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !