İngiltərənin "Arsenal” klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməyəcəyi dəqiqləşmək üzrədir.
Oxu.Az xəbər verir ki, bu haqda ESPN-in "Arsenal” üzrə erməni əsilli jurnalisti Matias Karen yazıb.
Mənbə ona xəbər verib ki, Mxitaryan Bakıya getmək istəmir:
"Henrix Mxitaryan və ailəsi Azərbaycana getməyin əleyhinədir. Klub da onların bu qərarına hörmətlə yanaşır. Əgər "Arsenal” Bakıda keçiriləcək Avropa Liqasının finalına çıxsa, Mxitaryanın Azərbaycana getmək məsələsi yenidən müzakirə olunacaq”.
Xatırladaq ki, "Qarabağ” – "Arsenal” görüşü oktyabrın 4-də Bakı Olimpiya Stadionunda gerçəkləşəcək. London komandası Bakıya görüşdən bir gün əvvəl gələcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !