Hüquq üzrə fəlsəfə doktoru Nadir Adilov yenidən Birləşmiş Millətlər Təşkilatının (BMT) Komitə üzvü seçilib.
Bu barədə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin X hesabında məlumat verilib.
Seçkilərin nəticələrinə əsasən, Azərbaycan Respublikasının Mediasiya Şurasının İdarə Heyətinin sədri, Hüquq üzrə fəlsəfə doktoru, dosent Nadir Adilov 2025-2028-ci illər üzrə yenidən Komitə üzvü seçilib.
1985-ci ildə təsis edilmiş sözügedən Komitə İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxalq Paktın müddəalarının həmin Pakta tərəfdar dövlətlər tərəfindən Paktın icrası üzrə monitorinqini aparır. Komitə İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktın icrasına nəzarət edir və Konvensiya üzrə öhdəliklərini yerinə yetirməkdə BMT-nin İqtisadi və Sosial Şurasına kömək edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !