Nüfuzlu TEFİ mükafatı keçən həftə yeni teleulduz-"Rusiya 1"in 31 yaşlı aparıcısı Nailə Əsgərzadəyə verildi.
Virtualaz.org bildirir ki, o bu mükafatı "ən yaxşı müsahibə götürən” nominasiyasında Yevgeni Qusevi ("Xəbərlər"), Vladimir Pozneri (Birinci kanal), Kiril Pozdnyakovu (Milli Televiziya Yayımı) və Aleksey Yaqudini ("Matç TV") qabaqlayaraq alıb.
Heykəlcik Nailə Əsgərzadəyə "Deystvuyuşiye litsa s Nailey Asker-zade" müəllif proqramına görə verilib. O, indiyədək götürdüyü müsahibələrində Əlişir Osmanovdan sevgisi barədə soruşmağa, Arkadi Rotenberq, Stanislav Çerçesov, Ramzan Kadırov, Sergey Lavrov və başqa məşhur simalarla ürəkdən danışmağa imkan tapıb. Proqram efirdə keçən ilin 29 oktyabrından yayımlanır.
Nailənin uşaqlıq və gəncliyi haqqında praktiki olaraq heç nə məlum deyil, onun haqqında İnternetdə də demək olar, təsdiq edilmiş heç bir informasiya yoxdur. Bununla belə, məlumdur ki, teleulduz milliyyətcə azərbaycanlıdır. Həmçinin məlumdur ki, sirli televiziya aparıcısı "Vesti” proqramında əvvəlcə müxbir işləyib, sonra isə iqtisadi icmalçı plub. 2015-ci ildən N.Əsgərzadə "V raboçiy polden” proqramını aparırdı, sonra onun adını dəyişib "Deystvuyuşiye litsa” qoydular.
Nailənin sözlərinə görə, onun iqtisadçı diplomu var, ancaq indi o, MDBMİ-də "Beynəlxalq maliyyə" ixsisası üzrə ikinci ali təhsil alır.
N.Əsgərzadənin şəxsi həyatı kompromat axtaran bir çoxlarının öyrənmək predmetidir. Sosial şəbəkədə "Rusiya 1" ulduzunun VTB prezidenti və İdarə Heyətinin sədri Andrey Kostinlə bir çox şəkilləri var. TEFİ mükafatından sonra Teleqram-kanal "Dvoynaya sploşnaya” yazdı ki, 62 yaşlı biznesmen son zamanlar Nailəyə olan hisslərini gizlətmir. "TEFİ-in bugünkü mərasiminin sonunda o, "2018-in ən yaxşı müsahibə götürən”i Nailə Əsgərzadəni ağ qızılgüllərin inanılmaz böyük buketi ilə qarşıladı. Kostin sevimli jurnalistini əsl romantik kimi küçədə, ayaq üstə, yağışın altında gözləyirdi", — deyə mətndə yazılıb.
Bununla belə, qara hörüklü gözəlin əsas xüsusiyyətlərini federal kanalda yalnız əsl modapərəstlər ayırd edə bilərlər. Nailə süjetlərə brend çanta olmadan çıxmır, bundan başqa, onun geyim dəstlərini bir çoxları yalnız arzulaya bilərlər. Məsələn, Ryazan hədiyyə mağazası "Bağ hiti" Nailə çiynində Chanel Boy çantası ilə tərk edib. Eyni çanta, amma qara rəngdə Chanel saytında 349 700 rubla təklif edilir.
Arkadi Rotenberqlə birlikdə başında kaska hələ tikilməmiş Krım körpüsünə gedərkən Nailə 198 800 rubl dəyəri olan Gucci donu geyinmişdi. Tokioda balıq bazarına isə əlində 131 500 rubla olan Balenciaga Triangle Duffle S çantası ilə gəlmişdi. "Vesti”də iqtisadi proqramı apararkən efirə Gucci-nin dəyəri 141 500 rubl olan jaketində çıxır.
TEFİ mükafatı laureatının belə bahalı çantalarının və geyimlərinin sayı-hesabı yoxdur. Dünyanın ən məşhur brendlərini gəzdirən N.Əsgərzadənin elə çantaları var ki, qiyməti 1 milyon rubldan da bahadır.
Özü də bu hələ hamısı deyil. Nailə Əsgərzadə Böyük teatrda "Nureev" baletinə gedərkən qulaqlarında ən məşhur və bahalı zərgərlik markalarından biri olan Graff-ın brilyant sırğaları olub. Carissa Single Flower Earrings bəzəklərinin qiymətini ancaq sorğu ilə öyrənmək olar. Yalnız o məlumdur ki, Graff-ın ən təmiz brilyantlı bəzək əşyaları nadir hallarda 15 milyon rubldan aşağı qiymətə olur...
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !