Namizəd Zahid Oruc seçkilərdən sonra hökumətdən ciddi dəyişiliklər gözləyir

12:22 | 07.02.2024
Namizəd Zahid Oruc seçkilərdən sonra hökumətdən ciddi dəyişiliklər gözləyir

Namizəd Zahid Oruc seçkilərdən sonra hökumətdən ciddi dəyişiliklər gözləyir

Səsvermə prosesində bundan əvvəlki baş verən neqativlərin heç birinə rast gəlinmir. Bunu prezidentliyə bitərəf namizəd Zahid Oruc deyib. 
 
"Bizim bütün məntəqələrdə demək olar nümayənədələrimiz var. Kiminsə digərinin əvəzinə səsverməsi kimi bir halların bu və digər keçmiş seçkilərdə özünü göstərən neqativlərə olmadığını da biz müşahidə edirik. Seçki sistemimizin özü də təzələnir. Qarşıdakı dövr üçün həm bələdiyyə həm parlament seçkilərinin elə bir ruhda keçirilməsinə nail olmalıyıq. Məntəqələrdə olan müşahidəçilərimiz də bildirir ki, vətəndaşlar öz istəyi ilə vəzifə borcunu yerinə yetirməyə gəlir", - Zahid Oruc bildirib. 
 
Namizəd hesab edir ki, bu seçkilərdən sonra Azərbaycana qarşı olan beynəlxalq təziqlər azalacaq və ya tamamilə dayanacaq. 
 
"7 fevraldan sonra yeni bir gündəlik formalaşır. Bu seçkilərdən sonra Azərbaycana olan beynəlxalq təziqlər azalacaq və ya tamamilə bitəcək. Ona görə ki, hansısa standartı Avropa ilə müqayisə edəndə görməyən qüvvələr belə milləti bugünki məntəqələrdə iradəsini görüb qiymətləndərəcəklər. bu seçkilərdə bütün namizədləri qalib saymaq olar. Hüquqi olaraq bir nəfərin adı açıqlanacaq. Amma siyasi, mənəvi olaraq hamımız qalib sayılırıq", - o əlavə edib. 
 
Zahid Oruc bildirib ki, seçkilərdən sonra hakimiyyət və hökumətdən dəyişiliklər olacağını gözləyir. 
 
MSK yeddi namizədi - Yeni Azərbaycan Partiyasından hazırkı prezident İlham Əliyevin, Milli Cəbhə Partiyasından Razi Nurullayevin və müstəqil namizəd Zahid Orucun, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülməsi təsdiqlənən Fuad Əliyevin prezidentliyə namizədliyini qeydə alıb. 
 
N.Təbrizli
Gülnar Nazimqızı 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM