• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021329
  • ₺ 0.0436
  • £ 2.2869

“Nar” Bakı-2015 Avropa oyunları ilə tərəfdaşlığa həsr olunmuş pavilyonu ictimaiyyətə təqdim etdi

“Nar” Bakı-2015 Avropa oyunları ilə tərəfdaşlığa həsr olunmuş  pavilyonu ictimaiyyətə təqdim etdi
11.06.2015 15:08
Pavilyonda mobil operator ilə bu möhtəşəm idman yarışlarını birləşdirən ümumi dəyərlər ön plana çəkildi

"Nar” özünün yeni brendi və Bakı-2015 ilk Avropa oyunları ilə rəsmi tərəfdaşlığa həsr olunmuş pavilyonu geniş ictimaiyyətə təqdim etdi. Pavilyonda "Nar” ilə Avropa oyunlarının bölüşdükləri ümumi dəyərlər təşviq olunur. Mobil operatorun hər bir fərdə dəstək verdiyi, lakin birlik və bərabərliyi də yüksək qiymətləndirdiyi bu məkanda xüsusi vurğulanır. Avropa oyunlarının əsas hədəflərindən biri də məhz insanların bu möhtəşəm idman bayramı ətrafında birləşmələrini təmin etməkdən ibarətdir. Hamılıqla bu mötəbər tədbirin daha unikal bir ab-havada keçməsini təmin etmək və idmançıların daha yüksək nəticə göstərmələrinə dəstək olmaq mümkündür, çünki güc birlikdədir.

"Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili və Bakı 2015-in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq qonaqları salamlayaraq, Avropa oyunlarının Azərbaycan üçün olan əhəmiyyətindən söhbət açdılar və onları bu möhtəşəm idman tədbirindən zövq almağa dəvət etdilər. Cənab Maknili həmçinin "Nar” ilə Avropa oyunları arasındakı sıx tərəfdaşlıqdan bəhs etdi və qonaqlara "Nar” pavilyonu haqqında qısa məlumat verdi.

Rəsmi hissədən sonra Kent Maknili mobil operatorun yeni "Nar bağı” brend fəlsəfəsinə uyğun olaraq, tədbirin xüsusi qonaqları – tanınmış mətbuat nümayəndəsi Elnur Baimov, şoumen Murad Dadaşov və aparıcı Nərgiz Cəlilovanı pavilyonun kənarında simvolik ağac əkməyə dəvət etdi.

Qeyd edək ki, bu pavilyonda qonaqlar "Nar” brendinin yenilənmə tarixçəsi ilə yaxından tanış olacaq, su səthində unikal videogörüntü izləmək şansı əldə edəcək, Avropa oyunları atmosferinə qərq olacaq, fotolar çəkdirəcək və "Nar” operatorundan müxtəlif hədiyyələr alacaqlar.

Pavilyonun fəaliyyət saatları 14:00-dan gecəyarısı saat 00:00-dəkdir.








www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
12:27
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
12:01
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
11:31
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
11:23
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
11:21
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
Azərbaycanda dollar ucuzlaşdı
11:14
Azərbaycanda dollar ucuzlaşdı
Banklardan vətəndaşları sevindirəcək yenilik
10:58
Banklardan vətəndaşları sevindirəcək yenilik
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
10:48
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol