• $ 1.7
  • € 1.9265
  • ₽ 0.021007
  • ₺ 0.0438
  • £ 2.2837

Nar CityNet-i satın adı

Nar CityNet-i satın adı
19.02.2016 13:05
Nar - CityNet ticarət nişanı ilə ev və biznes üçün etibarlı və yüksək sürətli internet xidmətləri rəqabətədavamlı qiymətlərlə təklif ediləcək.

Çoxfunksiyalı rabitə strategiyası çərçivəsində "Nar” ölkənin ən iri sabit internet provayderindən biri olan "CityNet”-i satın aldı. "Nar”ın çoxfunksiyalı rabitə strategiyası, ev və biznes üçün yüksək sürətli və keyfiyyətli sabit internet xidmətlərindən rəqabətədavamlı qiymətlərlə təqdim edilməsini nəzərdə tutan uzunmüddətli proqramdır.

Hazırda "CityNet” Abşeron ərazisində FTTx (fiber optik) və ADSL (Assimmetrik Rəqəmsal Abunəçi Xətti) texnologiyaları əsasında yüksəksürətli sabit internet və IPTV xidmətlərini təklif edir. Bu birləşmə nəticəsində "Nar” operatorunun mobil həllərinin dəstəyi ilə "CityNet” inkişaf dinamikasını artırmaq və yeni cəlbedici xidmətlər təqdim etmək imkanı qazanacaq.

Bu gün "Nar” genişləndirilmiş, yenilənmiş və rəqabətədavamlı mobil şəbəkəsi sayəsində bütün ölkə boyunca 4G və 3G texnologiyalarına əsaslanan yüksəksürətli mobil internet xidməti göstərir. Mobil operatorun strateji hədəfi etibarlı və yüksəksürətli internet imkanını təkcə mobil telefonlara deyil, eləcə də evlərə və iş yerlərinə çatdırmaqdır. Artıq mobil və sabit şəbəkələrin təkmilləşdirilməsi üçün ciddi sərmayə yatırılıb və gələcəkdə bu sahəyə daha böyük məbləğdə investisiya ayrılması planlaşdırılır.

"Nar”, sərfəli qiymət və ən üstün xidmət keyfiyyətini təmin etdikdən sonra, "Nar-CityNet” brendi altında "CityNet” tərəfindən təklif edilən məhsulların siyahısını innovativ telekommunakasiya və əyləncə xidmətləri ilə genişləndirməyi nəzərdə tutur. Bununla da, şirkətlər gələcəkdə müştərilər üçün daha əlverişli və sərfəli şərtlərlə mobil və sabit internet xidmətlərinin birgə təqdim olunduğu paketlər təklif edəcəklər. 

"Bu, "Nar” üçün çox böyük və əhəmiyyətli addımdır. Belə ki, biz xidmətlərimizi sabit internet və pullu televiziya sahəsinə doğru genişləndiririk. Nəticədə müştərilərimiz üstün keyfiyyətimiz və sərfəli təkliflərimizdən təkcə mobil xidmətlər üçün deyil, eləcə də evlərə təqdim olunan sabit xidmətlər üçün də yararlana biləcəklər. Azərbaycanda ilk dəfə mobil operator müştərilərinə həm mobil, həm də sabit xidmətləri bir brend adı altında təqdim edəcək. Bu, müştərilərimizə innovativ xidmətlərdən maksimum rahatlıqla və ən sərfəli şərtlərlə istifadə etmək təminatı verəcək”, – deyə "Azerfon” şirkətinin ("Nar” ticarət nişanı)  baş icraçı direktoru Kent Maknili açıqlama verib.
Öz növbəsində, "Uninet” şirkətinin ("CityNet” ticarət nişanı) icraçı direktoru Rasim Kərimov isə bu yeniliyi çox mühüm addım adlandırıb: "Müştərilərimiz üçün yeni imkanlar yaradırıq. Biz öz xidmətlərimizi genişləndirərək, müştərilərimizi yeni məhsullar və xidmətlərlə sevindirəcəyik”, – deyə o bildirib.

"Nar-CityNet” Abşeronun böyük hissəsini əhatə edir. Xidmətin istədiyiniz ünvanda mövcudluğunu www.citynet.az saytında yoxlamaq mümkündür. Xidmətə indi qoşulanlar 1 aylıq pulsuz internet və IPTV xidmətindən istifadə etmək fürsəti qazanırlar. Hər bir istifadəçi özünə uyğun tarifi seçərək, yüksəksürətli və keyfiyyətli limitsiz internetdən, ev üçün aylıq 18 AZN, iş yerləri üçün isə aylıq 29 AZN ödəməklə yararlana bilər və beləliklə, çox sərfəli qiymətə əldə etdiyi xidmətdən istifadənin rahatlığını ilk gündəcə hiss edər. 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birbank Visa kartları ilə ölkə xarici ödənişlərdə “Bir dünya fürsət” kampaniyası
İqtisadiyyat 15:21
Birbank Visa kartları ilə ölkə xarici ödənişlərdə “Bir dünya fürsət” kampaniyası
Azərbaycanda qadınlar orta hesabla kişilərdən 368 manat az maaş alır
İqtisadiyyat 12:50
Azərbaycanda qadınlar orta hesabla kişilərdən 368 manat az maaş alır
KASE fiziki investorlar üçün yeni imkanlar təqdim edir
İqtisadiyyat 10:17
KASE fiziki investorlar üçün yeni imkanlar təqdim edir
Qazaxıstan Fond Birjasında ticarət həcmi altı dəfədən çox artıb
İqtisadiyyat 10:12
Qazaxıstan Fond Birjasında ticarət həcmi altı dəfədən çox artıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:29
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:21
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Azərbaycanda aqrar sığorta əhatəsi 40%-ə çatıb – iqlim riskləri artır
İqtisadiyyat 07:50
Azərbaycanda aqrar sığorta əhatəsi 40%-ə çatıb – iqlim riskləri artır
“Bitkoin” bahalaşıb
İqtisadiyyat 22:08
“Bitkoin” bahalaşıb
Türkmən qazının açarı Azərbaycandadır – Rusiya susur, Tramp tərəddüd edir
İqtisadiyyat 17:13
Türkmən qazının açarı Azərbaycandadır – Rusiya susur, Tramp tərəddüd edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol