Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru Nar Mobile, abunəçilərinə 4G xidmətlərini göstərmək üçün Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən lisensiya əldə edib.
Mobil operator Azərbaycanda 4G texnologiyasını tətbiq etmək üçün lazımı prosedurları keçib.
Azerfon şirkətinin Baş İcraçı Direktoru, Kent Maknili bildirib ki, mobil operator tezliklərin alınması üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən icazəni alıb və abunəçilərinə 4G xidmətlərini göstərməyə tam hazırdır: "Biz artıq şəbəkəmizi qurmuşuq. Bakıda baza stansiyalarımızın sayı çoxdur, şəbəkəmiz kifayət qədər genişdir. 2015-ci il ərzində bu prosesi davam etdirəcəyik.”
Nar Mobile texnoloji yenilikləri Azərbaycan bazarına gətirməyə davam edir. Belə ki, Nar Mobile Azərbaycanda ilk dəfə olaraq 3G şəbəkəsini tətbiq etməklə yanaşı, AZAL təyyarələrində mobil rabitə xidmətlərini tətbiq edib, bu yaxınlarda isə Nar Home adlanan məhsulunu təqdim edib ki, "Nar Home” istehlakçının istifadə etdiyi müxtəlif cihazlarda (televizor, planşet və ya smartfonlar) media və əyləncə xidmətlərindən vahid istifadə imkanlarını yaradan unikal konsepsiyadır. İndi isə Nar Mobile abunəçiləri 4G xidmətlərindən yararlana biləcəklər.
4G (4-cü nəsil) texnologiyası abunəçilərə 300 mbps qədər internet sürətindən istifadə etmək imkanı yaradacaq.
Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan "Nar Mobile” 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində "Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq, müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. "Nar Mobile” Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !