Mobil operator korporativ sosial məsuliyyətini dərk edərək, öz abunəçilərinin – ölkə vətəndaşlarının intellektual səviyyəsinin artırılması və maariflənmənin inkişafına nail olmaq üçün əlindən gələni əsirgəmir.
"Nar Mobile” istifadəçilər üçün təqdim etdiyi daha bir mükəmməl fürsət bu əzmkarlığın təzahürüdür. Kitaba olan sevgini artırmaq, ona dəyər qazandırmaq üçün məhz "Əli və Nino” kitab mağazaları şəbəkəsi ilə əməkdaşlığa başlayan "Nar Mobile”, abunəçilərə daha bir fürsət tanıtmaqla bu tərəfdaşlığa uğurlu start verdi. Bu yeni imkana əsasən, artıq öz telefon və ya planşetində turbo-paketləri aktivləşdirən hər bir "Nar” abunəçisi "Əli və Nino” kitab mağazaları şəbəkəsindən endirimlər qazana biləcək.
Bu minvalla, "Turbo S” paketini aktivləşdirən abunəçi 25%, "Turbo M” paketini aktiv edən istifadəçi 30%, "Turbo L” paketini aktivləşdirənlər isə 40% endirim əldə edəcəklər. Endirimdən yararlanmaq üçün aktivləşdirmə SMS-ni "Əli və Nino” kitab dükanlarındakı satış məsləhətçisinə təqdim etmək yetərlidir.
"Turbo” paketləri haqda daha ətraflı məlumatı bizim İnternet səhifəmizdən əldə edə bilərsiniz:
https://www.narmobile.az/pages/default/pageName=internet&menuItem=0/
Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan "Nar Mobile”, 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində "Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. "Nar Mobile” Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !