Azərbaycanın İKT sektorunu sərgidə təmsil edən şirkətlər arasında olan "Nar Mobile” milli pavilyonumuzda özünün ən son nailiyyətlərini – müxtəlif məhsul və xidmətlərini ən yüksək səviyyədə dünya ictimaiyyətinə təqdim edir.
"Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili başda olmaqla, bu beynəlxalq forumda iştirak edən "Nar Mobile” nümayəndələri sərgi günləri ərzində öz məhsullarını və yeniliklərini nümayiş etdirməklə yanaşı, telekommunikasiya sektorunun imkanlarını və inkişaf tendensiyalarını müşahidə etmək, beynəlxalq praktikanın yeni istiqamətlərini dəyərləndirmək və sahənin aparıcı şirkətləri ilə geniş təcrübə mübadiləsi aparmaq imkanı qazanıblar.
Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan "Nar Mobile”, 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində "Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. "Nar Mobile” Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !