• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

“Nar Mobile” ilə “Asan İmza” xidməti artıq bölgələrdə

“Nar Mobile” ilə “Asan İmza” xidməti artıq bölgələrdə
08.10.2014 17:00
“Nar Mobile” mobil operatoru göstərdiyi “Asan İmza” mobil elektron imza xidmətinin coğrafiyasını daha da genişləndirdi. Belə ki, abunəçilər artıq Şirvan, Mingəçevir, Quba, Siyəzən, Xaçmaz, Bərdə, Gəncə, Biləsuvar, Şəki, İmişli, Ağcabədi, Kürdəmir, Lənkəran, Masallı, Zaqatala, Tovuz, Cəlilabad və Şamaxıda, eləcə də Bakı şəhəri Şərifzadə küçəsi 39 ünvanda yerləşən “ASAN Xidmət-3” mərkəzində də “Asan İmza” xidmətinə qoşula bilirlər.Qeyd edək ki, “Asan İmza” elektron xidmətlərdə avtorizasiya və elektron sənədlərin imzalanması baxımından rahat, etibarlı və təhlükəsiz bir alətdir. “Asan imza” mobil elektron imza texnologiyasının açar üstünlükləri smart-karta və smart-kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM-karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir.Əlavə məlumatı www.narmobile.az və www.asanimza.az saytlarında əldə etmək mümkündür.Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan “Nar Mobile”, 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. “Nar Mobile” Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
İqtisadiyyat 17:56
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
ABB səhmdarlarına 200 000 000 manat
dividend ödəyəcək!
İqtisadiyyat 17:27
ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
İqtisadiyyat 14:33
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
İqtisadiyyat 12:37
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və
yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi
İqtisadiyyat 12:24
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi

Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
İqtisadiyyat 12:17
Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
İqtisadiyyat 11:53
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
ABB cari ildə 80 milyon xalis mənfəət əldə edib
İqtisadiyyat 11:51
ABB cari ildə 80 milyon xalis mənfəət əldə edib
İstehlakçılara qaytarılan ƏDV miqdarı açıqlanıb
İqtisadiyyat 11:47
İstehlakçılara qaytarılan ƏDV miqdarı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol