Nar operatorunun dəstəyi ilə növbəti "Youth to Business Forum"

17:41 | 12.05.2015
Nar operatorunun dəstəyi ilə növbəti

Nar operatorunun dəstəyi ilə növbəti "Youth to Business Forum"

10 May tarixində gənclər üçün ən böyük biznes yönümlü layihələrdən biri olan "Youth to Business Forum"-u Nar mobil operatorunun dəstəyi ilə AIESEC Azərbaycan təşkilatı tərərfindən ADA Universitetində həyata keçirilmişdir. 

Dünya üzrə 50-dən çox ölkədə keçirilən beynəlxalq layihələrdən biri olaraq, "Youth to Business Forum"-u gəncləri korporativ dünya ilə əlaqələndirməyi hədəfləyir. Forumun əsas məqsədi iştirakçıları kitablardan yiyələnə bilməyəcəkləri biznes sirrləri və uğur hekayələri ilə tanış etməkdir.

"Youth to Business Forum"-u 18 təlim və 3 mövzusu ilə 200 Azərbaycanlı gənci bir araya gətirdi. Bu il "Build up to Lead” (Rəhbərlik etmək üçün yaranmış) adlı forumun mövzuları Strateji Marketinq, Biznes İnnovasiyaları və Sahibkarlıq oldu. Forumun təlimçiləri Nigar Arpadarai, Bəhram Qurbanov, Sona Abbasova, Umut Çağatay, Anar Bayramov kimi uğurlu simalar təlimlər keçmiş və öz təcrübələrini iştirakçılar ilə bölüşmüşlər.

Həmçinin forumda Gənclər və İdman Nazirliyinin, Nar operatorunun, GRBS şirkətlər qrupunun, Golden Pay şirkətinin, Paşa Bankın, Yüksək Texnologiyalar Parkının və Azgranata MMC-nin nümayəndələri də iştirak etmişdirlər.

Qeyd etmək lazımdır ki, Nar AIESEC Azərbaycan tədbirlərinin platinum sponsorudur. AIESEC Azərbaycan və forum haqqında ətraflı məlumatı http://azerbaijany2b.com/ saytında əldə etmək olar.



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM