Nar создал лабораторию мобильной связи для студентов в Гяндже

18:21 | 18.10.2024
Nar создал лабораторию мобильной связи для студентов в Гяндже

Nar создал лабораторию мобильной связи для студентов в Гяндже

Azərbaycanın ən sərfəli və regional inkişafyönümlü mobil operatoru olan "Nar” Gəncədə mobil rabitə laboratoriyası açıb. Laboratoriya Azərbaycan Texnologiya Universiteti (ATU) ilə birgə yaradılıb.

Bu laboratoriya texniki ixtisaslar üzrə təhsil alan ATU tələbələrinə mobil rabitə texnologiyaları sahəsində praktiki biliklər əldə etməyə imkan verəcək. Laboratoriya tədrisin səmərəliliyini artırmaq üçün noutbuklar və digər zəruri avadanlıqlarla tam təchiz olunub.
Açılış mərasimində "Nar”ın baş direktoru Qunnar Pahnke qeyd edib: "Bu laboratoriya "Nar”-ın regionlara dəstək öhdəliyinin növbəti təsdiqidir. Texnoloji tərəqqi ilə ayaqlaşan şirkət olaraq, "Nar”-ın regionlarda yerli mütəxəssislərin hazırlanmasına yatırdığı investisiyalar Azərbaycanda telekommunikasiya sənayesinin inkişafına verdiyimiz töhfənin bir hissəsidir”.

Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini icra edən dosent Yaşar Ömərov "Nar”a minnətdarlığını bildirib: "Universitetimiz yüksək ixtisaslı mütəxəssislər hazırlamağa çalışır və "Nar”ın öz təcrübəsini bölüşmək istəyi bu məqsədə çatmaqda əsas rol oynayır. Özəl şirkətlərin dəstəyi sayəsində tələbələrimiz öz sahələrinin peşəkarı kimi məzun ola biləcəklər”.

Qeyd edək ki, yerli İT mütəxəssislərinin hazırlanması çərçivəsində "Nar” həm Bakıdakı Azərbaycan Texniki Universiteti, həm də Gəncədəki Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsidir ki, artıq hər iki universitetdə "Nar” mobil rabitə laboratoriyaları fəaliyyət göstərir.

Hazırda "Nar” 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidməti göstərir. Son 5 ildə "Nar” mobil operatorlar arasında istehlakçı loyallığı indeksinə (NPS) görə ölkədə liderdir. Mobil operator müştəri yönümlü strategiyaya riayət edir və sərfəli qiymətə əla xidmət göstərir.
 
 
 
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti