• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

“Nar” türkiyəli tanınmış idman şərhçisini Bakıya dəvət etdi

“Nar” türkiyəli tanınmış idman şərhçisini Bakıya dəvət etdi
15.05.2015 15:07
Gökhan Günaydın azərbaycanlı idman jurnalistlərinə təlim keçdi

Bakı-2015 Avropa oyunlarının rəsmi tərəfdaşlarından biri və mobil rabitə təminatçısı olan "Nar” Azərbaycanda idman jurnalistikasının inkişafına dəstək vermək və media nümayəndələrinin peşəkar hazırlıq səviyyəsinin artırılmasını təmin etmək məqsədilə idman jurnalistləri üçün xüsusi təlim təşkil etdi. Təlimin aparılması üçün türkiyəli tanınmış idman şərhçisi, TRT kanalının İdman verilişləri redaksiyası və TRT Spor kanalında böyük təcrübə toplamış idman jurnalisti Gökhan Günaydın "Nar” rabitə operatoru tərəfindən təlimçi qismində Bakıya dəvət edildi.

14 may 2015-ci il tarixdə Bakıdakı "Park Inn” otelində keçirilmiş bir günlük təlimdə çoxsaylı media qurumlarını təmsil edən 50-dək idman jurnalisti iştirak etdi. Təlimçi Gökhan Günaydın idman şərhçisi və icmalçının necə işləməli olduğu, idman xəbərlərinin yayım metodikası barədə jurnalistlərə dəyərli məlumatlar verərək, idmanın təşviqində media resurslarının rolu haqqında ətraflı söhbət açdı.

Qeyd etmək lazımdır ki, təlimin keçirilməsində əsas məqsəd Azərbaycanda keçiriləcək ilk Avropa oyunları ərəfəsində idman jurnalistlərinin irimiqyaslı beynəlxalq turnirlərə tam hazırlığının təmin edilməsi, onların yarışlar boyunca yüksək səviyyədə peşə fəaliyyəti göstərmələri və informativ reportajlar hazırlamaları idi.




www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
12:27
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
12:01
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
11:31
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
11:23
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
11:21
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
Azərbaycanda dollar ucuzlaşdı
11:14
Azərbaycanda dollar ucuzlaşdı
Banklardan vətəndaşları sevindirəcək yenilik
10:58
Banklardan vətəndaşları sevindirəcək yenilik
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
10:48
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol