• $ 1.7
  • € 1.9636
  • ₽ 0.020923
  • ₺ 0.0419
  • £ 2.2694

Natiq Əliyev: Neftin qiyməti 50 dollar həcmində qərarlaşacaq

Natiq Əliyev: Neftin qiyməti 50 dollar həcmində qərarlaşacaq
12.05.2016 19:40
BP şirkətinin baş iqtisadçısı Spenser Deyl şirkətin "Enerji perspektivlərinə baxış” hesabatının 2016-cı il buraxılışını təqdim etmək məqsədilə energetika naziri Natiq Əliyevlə görüşüb.

Energetika Nazirliyindən "APA-Economics”ə verilən məlumata görə, hesabat uzunmüddətli enerji tendensiyalarına nəzər salaraq, dünyadakı enerji bazarları üçün növbəti iyirmi ili əhatə edən proqnozlar verir.

Görüşdə enerji sektorundakı gələcək ehtiyaclar, tendensiyalar və qlobal enerji bazarı ilə bağlı son vəziyyət müzakirə edilib. Bildirilib ki, getdikcə xam neftə tələbatın artması və Amerikada şist neft hasilatında azalma ilə əlaqədar neft bazarında artıq tarazlığın yarandığı müşahidə edilir. Neft bazarının tənzimlənməsi ilin sonuna kimi başa çatacaq.

Doha görüşünün nəticəsiz başa çatmasına rəğmən vəziyyətin qismən sabitləşməsinə təsir etdiyini vurğulayan BP-nin baş iqtisadçısı neftin qiymətində növbəti 3-5 il ərzində artım proqnozlaşdırıldığını deyib.

O, hesab edir ki, 2014-cü illə müqayisədə neft sahəsinə yatırılan investisiyalarda 35% azalma gələcəkdə bazara çıxarılacaq neftin həcminə də təsir göstərəcək. Bu isə neftin qiymətinin artmasını təmin edəcək. 10-15-20 illik müddətdə xam neftə tələbatın, eləcə də neftin qiymətinin yüksələcəyi gözlənilir.

Enerji bazarında əhəmiyyətli mövqeyə malik Səudiyyə Ərəbistanında iqtisadiyyatın transformasiyası proseslərinin də neftin qiymətinə mümkün təsirləri xüsusi qeyd edilib.

N. Əliyev neft hasilatını artırmaq iqtidarında olan ölkələrin Səudiyyə Ərəbistanı, İran və Liviya ilə məhdudlaşdığını deyərək bildirib ki, aşağı qiymətlərlə istehsal bu ölkələr üçün də müəyyən müddətdən sonra arzulanan olmayacaq.

"Bununla belə, çox güman ki, neftin bir barelinin qiyməti təxminən 50 dollar həcmində qərarlaşacaq. Qiymətin əvvəlki kimi 100 dollara çatmasını yaxın gələcəkdə gözləmək mümkün deyil”, - deyə N.Əliyev bildirib.

BP-nin proqnozlarına görə, qaz bazarında vəziyyət 20 il ərzində tələbatın və qiymətin artması ilə müşayiət olunacaq. Dünyanın bir çox ölkələrinin daş kömürü qazla əvəzləməyə çalışması və Avropada qaz hasilatının azalması onun qaz idxalından asılılığının 75%-ə çatacağını şərtləndirir.

Bundan başqa, maye qaz ehtiyatının artması və bunun üçün də ən böyük bazarın Avropa olması, eləcə də ABŞ-ın maye qaz bazarında əsas həlledici oyunçulardan birinə çevrilməsinin yaradacağı perspektivlər də müzakirə edilib.

Nazir bildirib ki, Avropada təbii qaz istehlakının 500 milyard kubmetrə qədər artacağı və bu göstəriciyə 2030-cu ildə daha 300 milyard kubmetrin əlavə ediləcəyi ilə bağlı gözləntilərin əksinə olaraq hazırda istehlak zəifləyib. Qaza olan tələbatın daş kömür, alternativ enerji və nüvə enerjisi ilə təmin olunması tendensiyası gələcəkdə qazın qiymətinə təsir göstərəcək amillərdəndir.

O, inkişaf etmiş ölkələrin maşınqayırma sənayesində tədricən elektrik enerjisindən istifadəyə üstünlük verilməsinin də yaxın gələcəkdə enerji balansında dəyişikliklərə səbəb olacağını istisna etməyib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Unibank”dan 0 % komissiyalı kredit fürsəti – cəmi 2 gün!
İqtisadiyyat 17:16
“Unibank”dan 0 % komissiyalı kredit fürsəti – cəmi 2 gün!
Kürdəmirdə avtomobil yollarının əsaslı təmirinə 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM
İqtisadiyyat 13:26
Kürdəmirdə avtomobil yollarının əsaslı təmirinə 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM
Ölkənin pambıq ixracından gəliri azalıb
İqtisadiyyat 10:57
Ölkənin pambıq ixracından gəliri azalıb
Azərbaycan qızıl ixracından gəlirləri artırıb
İqtisadiyyat 10:51
Azərbaycan qızıl ixracından gəlirləri artırıb
İyunda “Azərkosmos”un ixrac xidmətləri azalıb
İqtisadiyyat 10:46
İyunda “Azərkosmos”un ixrac xidmətləri azalıb
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb
İqtisadiyyat 10:24
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb
SOCAR Terminal avadanlıq potensialını 1 milyon TEU-ya qaldırmağı planlaşdırır
İqtisadiyyat 10:18
SOCAR Terminal avadanlıq potensialını 1 milyon TEU-ya qaldırmağı planlaşdırır
Azərbaycan hökuməti 2018–2025-ci illərdə birdəfəlik sosial müavinətləri kəskin artırıb
İqtisadiyyat 10:12
Azərbaycan hökuməti 2018–2025-ci illərdə birdəfəlik sosial müavinətləri kəskin artırıb
Məzənnə açıqlanıb
İqtisadiyyat 09:45
Məzənnə açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol