NATO-nun bir neçə saytları güclü haker hücumuna məruz qalıb. ANS PRESS-in məlumatına görə, bu barədə alyansın rəsmi nümayəndəsi Oana Lunqesku özünün “Twitter” hesabından məlumat verilib.
“NATO-nun bir neçə veb saytı ciddi DdoS-hücuma məruz qalıb. BU, alyansın işinə heç bir təsir göstərməyib. Bizim mütəxəssislərimiz saytın işini bərpa etməklə məşğuldurlar”,-deyə nümayəndə yazıb.
Cümə günü Rusiya dövlət strukturlarının internet-mənbələri, o cümlədən Rusiya prezidenti, Rusiya XİN-i və Mərkəzi Bankın saytı da haker hücumuna məruz qalıb.
ANS PRESS
Bizi sosial şəbəkələrdə izləyin !