NATO Qarabağ münaqişəsinə qarışacaqmı? - AÇIQLAMA

14:45 | 03.11.2015
NATO Qarabağ münaqişəsinə qarışacaqmı? - AÇIQLAMA

NATO Qarabağ münaqişəsinə qarışacaqmı? - AÇIQLAMA

"NATO Qarabağ münaqişəsinə qarışacaqsa, ilk növbədə öz maraqlarına xidmət edəcək” – bunu açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

ANN.Az xəbər verir ki, erməni mətbuatı NATO-nun Cənubi Qafqaz üzrə nümayəndəsi Uilyam Lahyu  Ermənistandakı NATO Həftəsi çərçivəsində keçirilən mətbuat konfransında qurumun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində bilavasitə iştirak etmədiyini bildirib: "Bu məsələ ilə məşğul olan təşkilatlar var. Davam etməkdə olan problem bütün regiona təsir edir. Mənfi təsir təkcə təhlükəsizliklə bağlı deyil, həm də bölgənin gələcəyi və iqtisadi inkişaf baxımından da özünü göstərir”.

Ümumiyyətlə, NATO Qarabağ münaqişəsinə qarışacaqmı? Hər iki tərəfdən NATO-ya bu münaqişənin həll edilməsində yardımçı olunması istəniləcəkmi? Azərbaycan tərəfi NATO-ya bu barədə müraciət etsə, hansı hadisələr baş verər? 
 
 

Politoloq İlqar Vəlizadə hesab edir ki, NATO Qarabağ münaqişəsinə qarışacaqsa, ilk növbədə öz maraqlarına xidmət edəcək: "Hesab etmirəm ki, NATO bu münaqişəyə qarışsın. Son müddətə qədər, yəni münaqişənin həllini tapacaq günə qədər bu təşkilat münaqişəyə qarışmayacaq. Və həmişə də çalışacaq ki, Qarabağ münaqişəsində məsafə saxlasın. Çünki NATO bu münaqişəyə qarışarsa, əvvəlcə öz maraqlarını göstərəcək ki, nəyə görə bu münaqişənin tezliklə həll olunmasını istəyir. Qarabağ münaqişəsi ilə bağlı maraqları da yoxdur”.
 
O ki qaldı Ermənistanın bu münaqişə ilə bağlı NATO-ya müraciət etməsinə, politoloq hesab edir ki, ümumiyyətlə belə bir hal baş verə bilməz: "Bunların hamısı cəfənfiyyatdır. Ermənistan KTM üzvüdür. Buna görə inanmıram ki, NATO-ya müraciət etsin”.

Azərbaycan tərəfinin isə NATO-ya müraciət etməsi məsələsinə gəlincə, ölkəmizin bu addımı real görsənmir: "Belə olan halda Azərbaycan digər ölkələrlə üz-üzə gələ bilər. Misal olaraq, deyə bilərəm ki, Rusiya və İranla. Belə bir mürəkkəb vəziyyətdə düşmənlərinin sayının artmasını istəməz, buna heç lüzumda yoxdur”.

Politoloq sonda qeyd edir ki, bu ideyanın nə vaxtsa reallaşacağını düşünmür və NATO bu vəziyyətdə hansısa bir rol oynayacaq.  


Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM