“Ukrayna ilə sərhəddə ordu qüvvələrini yerləşdirən Rusiya üçün cəmi 3-5 gün lazımdır ki, Ukraynanı ələ keçirsin”.ANS PRESS-in məlumatına görə, bu barədə NATO-nun Avropadakı hərbi birləşmələrinin Ali baş komandanı Filip Bridlav bəyan edib.Filip Bridlav Ukrayna sərhədində baş verənləri “fövqəladə vəziyyət” adlandırıb. Onun sözlərinə görə, Rusiya sərhəddəki qoşunlarının çox kiçik hissəsini çıxarıb və orudunun əsas qüvvələri hələ də Ukrayna sərhədindədir.“NATO Ukrayna sərhədində Rusiya ordusunun 40 min əsgərinin olmasından narahatdır. Ola bilər ki, rəsmi Moskva Ukraynanın şərq və cənub regionlarını yenidən işğal etməklə hədələsin”, deyə Filip Bridlav qeyd edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !