NATO-nun baş katibi Rusiyanı sülhməramlılar adı altında qonşu Ukraynaya qüvvə göndərməməyə çağırıb.
Kiyevdə müxbirlərlə görüşü zamanı Anders Foq Rasmussen deyib ki, Rusiya uçurumun kənarından, sərhədlərdən dönməli, müharibəyə bəhanə axtarmamalıdır.
O, Moskvanı Ukraynada sabitsizliyin dərinləşdirilməsi cəhdlərində ittiham edib. Rasmussen deyib ki, Rusiyanın separatistlərə dəstəyi mükəmmələşməkdədir.
NATO-nun baş katibi alyansın Rusiyanın təcavüzü qarşısında olan Ukraynaya məsləhətlər və digər yardımlarla dəstək verəcəyini bildirib. Rasmissen Rusiyanın geri çəkilməsinin onun öz maraqlarına xidmət edəcəyini deyib.
NATO-nun baş katibi Ukrayna prezidenti Petro Poroşenko ilə görüşüb. Onu Azadlıq orderi ilə təltif edən Ukraynanın dövlət başçısı ölkəsinin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Bundan əvvəl hərbi alyans Rusiyanın Ukrayna sərhədləri boyu yerləşdirdiyi qüvvələrin sayının ciddi şəkildə artırıldığını bildirib. Bölgəyə piyada və xüsusi təyinatlı qüvvələr daxil edilməklə, 20 min əsgər, çoxsaylı tank və qırıcı təyyarələr yerləşdirilib ("Amerikanın səsi").
ANN.Az