“Ruslar NATO-nu özlərinə düşmən elan edib. Bu baxımdan biz də Rusiya ilə münasibətlərə yenidən baxmaq məcburiyyətindəyik. Artıq Rusiya bizim üçün müttəfiq deyil, çünki özünü düşmən kimi aparır”.
AzNews.az-ın ABŞ mediasına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə NATO baş katibinin müavini Aleksandr Verşobu çıxış edib.
O deyib ki, təmsil etdiyi qurumun Rusiya ilə Avropada təhlükəsizlik məsələsi ilə bağlı fərqli fikirləri mövcuddur: “Artıq bəlli olur ki, biz i Rusiya ilə qonşuluqda olan müttəfiqlərimizin suverenliyinin qorunması məsələsinə daha çox diqqət yetirməliyik. Rusiya öz ətrafındakı ölkələrə hegemonluq etməklə rus dünyasının təhlükəsizliyini qorumağa çalışır”.
Aleksandr Verşobu qeyd edib ki, Alyans Avropanın şərqində Rusiya ilə sərhəddə əlavə qüvvələr yerləşdirilməsi məsələsinə yenidən baxmaq məcburiyyətindədir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !