NATO Rusiya qoşunlarının geri çəkilməsini təsdiqlədi

14:09 | 31.05.2014
NATO Rusiya qoşunlarının geri çəkilməsini təsdiqlədi

NATO Rusiya qoşunlarının geri çəkilməsini təsdiqlədi

 NATO-nun baş katibi Anders Foq Rasmussen Rusiya qoşunlarının Ukrayna ilə sərhəddən geri çəkilməsini təsdiqləyib.APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, bunu Rasmussen Vilnüsdə keçirilən NATO Parlament Assambleyasında bəyan edib. “Biz tədricən qoşunların geri çəkilməsini müşahidə edirik. Deyə bilərəm ki, qoşunların üçdə ikisi geri çəkilib.  Əlbəttə ki, biz Rusiyanın bu addımlarını alqışlayırıq”, deyə Rasmussen bildirib. NATO-nun baş katibi Rusiyanı qoşunlarını tam şəkildə Ukrayna ilə sərhəddən geri çəkməyə və separatçılara dəstək verməməyə çağırıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM