NATO-nun Avropa birləşmiş qüvvələrinin baş hərbi komandanı, general Filip Bridlav xəbərdarlıq edib ki, Şərqi Ukraynada əldə olunan atəşkəs rejimindən istifadə edən Rusiya nəzarəti altında olan hərbi birlikləri yenidən qruplaşdıraraq yeni hücum planını həyata keçirə bilər.
ANN.Az "Report"a istinadən xəbər verir ki, general Bridlav etiraf edib ki, Rusiyanın Şərqi Ukraynada keçirdiyi son hərbi manevrlər Pentaqon üçün gözlənilməz olub. Onun sözlərinə görə, hazırda Ukraynada vəziyyət qeyri-stabil olaraq qalır.
Qeyd edək ki, general F.Bridlav daha əvvəl də Rusiyalı hərbçiləri Donetsk və Luqansk vilayətlərinin sakinlərinə hərbi təlim keçməkdə günahlandırmışdı.
Bizi sosial şəbəkələrdə izləyin !