NATO Rusiyanı hədələdi

12:17 | 22.01.2015
NATO Rusiyanı hədələdi

NATO Rusiyanı hədələdi

NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Rusiyanı hədələyən bəyanatla çıxış edib. O deyib ki, Rusiya qoşunlarını Ukraynadan çıxarmalıdır.

ANS PRESS-in məlumatına görə, jurnalistlərin suallarını cavablandıran baş katibi bildirib ki, alyans bir neçə aydır Rusiya qoşunlarının Ukrayna ərazisindəki hərəkətlərini izləyir. Son vaxtlar Ukraynadakı Rusiya qoşunlarının sayı xeyli artıb.

Y.Stoltenberq Ukraynada 9 min Rusiya əsgərinin olmasına dair prezident Pyotr Poroşenkonun bəyanatını şərh etmək istəməyib.

Ümumiyyətlə, NATO ekspertləri Ukraynanın şərqinə Rusiyadan çox sayda tank, artilleriya qurğuları və başqa zirehli texnika gətirildiyini söyləyiblər.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM