NATO Norveçin sabiq Baş naziri Yens Stoltenberqin alyansın yeni Baş katibi seçildiyini təsdiq edib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, yeni Baş katib 2014-cü il oktyabrın 1-dən vəzifəsinin icrasına başlayacaq.
NATO Şurası bu gün Y.Stoltenberqi təşkilatın Baş katibi və təşkilatın Şurasının sədri vəzifəsinə təyin edib.
NATO-nun mətbuat katibinin müavini Karmen Romero "Twitter"də yazıb ki, NATO ölkələrinin səfirləri bu qərarı yekdilliklə qəbul ediblər.
Qeyd edək ki, NATO-nun hazırkı Baş katibi Anders Foq Rasmussen 2009-cu il aprel ayından təşkilata rəhbərlik edir. Onun səlahiyyətləri 2014-cü il sentyabrın 30-da başa çatır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !