Naxçıvan iqtisadiyyatı böyüyüb

2024-cü ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasında 674,4 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 % çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 1,1 % artaraq 1 438 manat olub.
Naxçıvanda 6 aylıq ÜDM istehsalının 255,6 milyon manatlıq hissəsi sənaye sektorunun payına düşüb. Bu, illik müqayisədə 3,9 % çoxdur.
Sənaye məhsulunun 229,1 milyon manatı malların, 26,5 milyon manatı isə xidmətlərin payına düşüb.
2024-cü ilin yanvar-martında Naxçıvanda ümumi daxili məhsul istehsalı (ÜDM) 318 milyon 794 manat olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% çoxdur.
Ölkədə Ümumi Daxili Məhsul istehsalı 2026-cı ildə 1,2 dəfə artım olacağı gözlənilir.
Mərkəzi Bankın məlumatına görə, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,4 % olacağı proqnozlaşdırılır.
Ölkədə Ümumi Daxili Məhsul istehsalı 2026-cı ildə 1,2 dəfə artım olacağı gözlənilir.
Mərkəzi Bankın məlumatına görə, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,4 % olacağı proqnozlaşdırılır.
Aytac
www.anews.az
Son xəbərlər
Daha çox 