İclasda ötən il ərzində cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyən edilmiş digər sahələrdə görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələr müzakirə olunub.
Hesabat məruzəsi ilə çıxış edən Naxçıvan MR prokuroru Sənan Paşayev fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etməklə hesabat dövründə orada kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlərin görüldüyünü qeyd edib.
Qeyd olunub ki, keçən il Naxçıvanın prokurorluq orqanlarında 37 cinayət işinin ibtidai istintaqı aparılıb və həmin cinayət işlərindən 13-nün istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.
Habelə hesabat dövründə prokurorluq orqanları istintaq edilən cinayət işləri üzrə müəyyən edilən 376 min 667 manat maddi ziyandan 367 min 302 manatının (97,51%) ödənilməsini təmin edib.
Bundan əlavə, ötən il Naxçıvan prokurorluğu orqanlarına 584 müraciət daxil olab, həmçinin Naxçıvan Prokurorluğunda 197, tabe rayon (şəhər) prokurorluqlarında isə 391 olmaqla, ümumilikdə 588 vətəndaş qəbul edilərək dinlənilib, müraciətlərinə müvafiq olaraq izahların verilməsi və onların həlli istiqamətində müvafiq tədbirlərin icrası həyata keçirilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !