Naxçıvan Qaz İstismar Xidmətinin funksiyaları Dövlət Neft Şirkətinə verilir

18:15 | 29.12.2024
Naxçıvan Qaz İstismar Xidmətinin funksiyaları Dövlət Neft Şirkətinə verilir

Naxçıvan Qaz İstismar Xidmətinin funksiyaları Dövlət Neft Şirkətinə verilir

Prezident İlham Əliyev "Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”  Sərəncam imzalayıb.
 
Sərəncama əsasən, Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin funksiyalarının Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ötürülməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində zəruri tədbirlər görməlidir.

Nazirlər Kabineti üç ay müddətində:

- normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- müvafiq səlahiyyətin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ötürülməsi ilə əlaqədar dövlət əmlakı ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

-bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM