Naxçıvanda əhalinin ömrü uzanıb

20:47 | 16.11.2017
Naxçıvanda əhalinin ömrü uzanıb

Naxçıvanda əhalinin ömrü uzanıb

Naxçıvanda hər 1000 nəfər doğulan hesabı ilə 1 yaşa qədər ölən uşaqların sayı 1995-ci ildə 20,6 nəfər olubsa, 2016-cı ildə bu göstərici 1,5 nəfər təşkil edib. Ötən dövr ərzində ümumi ölümün göstəricisi azalıb və əhalinin hər min nəfərinə hesabı ilə 1995-ci ildə 6 nəfər olduğu halda, 2016-cı ildə 4,1 nəfərə düşüb.

AzVision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunub. 

Bildirilib ki, səhiyyənin inkişafı, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatı və digər bu kimi mühüm tədbirlər əsas demoqrafik göstərici olan doğulanda gözlənilən ömür uzunluğunun artımına ciddi təkan verib. 

Belə ki, 1995-ci ildə muxtar respublikada ömür uzunluğu 69 yaş (kişilərdə 65,3, qadınlarda isə 72,5 yaş) təşkil edirdisə, 2016-cı ilin yekun nəticələrinə görə, bu göstərici 78,6 yaş (kişilər üçün 76,3, qadınlar üçün isə 80,9 yaş) səviyyəsində olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM