• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Naxçıvanda ilk dəfə təhsil müəssisələrinin yardımçı heyəti üçün test imtahanı keçirilir

Naxçıvanda ilk dəfə təhsil müəssisələrinin yardımçı heyəti üçün test imtahanı keçirilir
09.12.2023 20:01
Naxçıvan Şahmat Mərkəzində və Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan təsərrüfat müdiri, kitabxana müdiri, kitabxanaçı, uşaq birliyi təşkilatının rəhbəri, psixoloq, laborant və katibə-makinaçı vəzifələri üzrə ilk dəfə olaraq müsabiqə keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən "Report"un yerli bürosuna verilən xəbərə görə, təhsil müəssisələrinin yüksək ixtisaslı kadrlarla təmin edilməsi və işə qəbul prosesinin şəffaf həyata keçirilməsi məqsədilə təşkil olunan müsabiqədə 126 vakant vəzifə üzrə 600-ə yaxın namizəd iştirak edib.

Dekabrın 9-da keçirilən müsabiqənin test mərhələsində hər bir namizədə vəzifə üzrə 10, məntiq, dünyagörüşü, qanunvericilik və kompüter bilikləri üzrə isə 10 olmaqla, ümumilikdə 20, təsərrüfat işləri üzrə direktor müavini və təsərrüfat müdiri vəzifələri üzrə isə hər bir namizədə vəzifə üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 5, dünyagörüşü üzrə isə 10 olmaqla, ümumilikdə 30 sual təqdim edilib. Namizədlərə test suallarının cavablandırılması üçün 60 dəqiqə vaxt verilib.

Psixoloq vəzifəsi üzrə isə hər bir namizədə psixologiya üzrə 30, məntiqi təfəkkürün yoxlanılması üzrə 5, informasiya və kommunikasiya texnologiyaları üzrə 5 olmaqla, ümumilikdə 40 sual təqdim edilib. Test suallarının cavablandırılması üçün 80 dəqiqə vaxt ayrılıb.

Müsabiqənin test mərhələsində uğur qazanan namizədlər komissiya tərəfindən müsahibə olunacaq.
Test imtahanını müşahidə etmək üçün Təhsil Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyindən, Naxçıvan Muxtar Respublikası Ali Məclisindən, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetindən, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsindən, Naxçıvan Muxtar Respublikası Radio- Televizya Şurasından və Ali təhsil müəssisələrindən nümayəndələr və digər qrumlardan müstəqil ekspertlər də dəvət olunub.

İmtahan prosesini müşahidə edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli iştirakçılara uğurlar arzulayaraq bildirib ki, muxtar respublikada işə qəbul prosesi artıq şəffaf şəkildə həyata keçirilir. Bu gün Naxçıvanda ilk dəfə olaraq ümumi təhsil müəssisələrinin yardımçı heyəti üçün keçirilən test imtahanı da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş Qaydalara əsasən, tədris ili ərzində vakant olan direktor, direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə üzrə təşkilatçı vəzifələrinə işə qəbul müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda yol qəzası olub,4 nəfər xəsarət alıb
Cəmiyyət 23:56
Qazaxda yol qəzası olub,4 nəfər xəsarət alıb
Sabirabadda körpü su altında qalıb, kəndlərlə əlaqə çətinləşib
Cəmiyyət 22:16
Sabirabadda körpü su altında qalıb, kəndlərlə əlaqə çətinləşib
Məhkəmədə Kəlbəcərin işğalı zamanı əsir və girovlara işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib
Cəmiyyət 21:33
Məhkəmədə Kəlbəcərin işğalı zamanı əsir və girovlara işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib
Azərbaycan və Türkiyə HDQ nümayəndələri arasında görüş keçirilib
Cəmiyyət 20:12
Azərbaycan və Türkiyə HDQ nümayəndələri arasında görüş keçirilib
Ağsuda iki nəfər zəhərlənib
Cəmiyyət 19:28
Ağsuda iki nəfər zəhərlənib
Sabah bu marşrutların hərəkət sxemi dəyişdiriləcək
Cəmiyyət 19:00
Sabah bu marşrutların hərəkət sxemi dəyişdiriləcək

“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyətə sıra baxışı keçirilib
Cəmiyyət 18:21
“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyətə sıra baxışı keçirilib
DTX və DSX birgə əməliyyat keçirib, saxlanılan var
Cəmiyyət 17:44
DTX və DSX birgə əməliyyat keçirib, saxlanılan var
Bu il 10 min şagirdin kompüter əsaslı monitorinqə cəlb olunması planlaşdırılır
Cəmiyyət 17:21
Bu il 10 min şagirdin kompüter əsaslı monitorinqə cəlb olunması planlaşdırılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol