Naxçıvan MR-nın turistik statusu dəyişdirilir - FOTOLAR

Naxçıvan Muxtar Respublikasının (MR) mövsümi turistik zonası kimi deyil. artıq turistlərin bütün il boyu gələ biləcəyi regiona çevirmək üçün respublika ərazisində "Ağbulaq xizək mərkəzi" istifadəyə verilib. Bunu Naxçıvan MR Turizm Departamentinin direktor müavini Qafar Cəlilsoy Anews.az-a müsahibəsində bildirib.
"2021-ci ilin fevralından istismara verilən Ağbulaqda xizək mərkəzi Azərbaycanda üçüncü hesab olunur. Ağbulaqkənd istirahət mərkəzi kompleksi 2013-cü ildə yaradılıb. Naxçıvan ərazisində həmçinin mədəniyyət və tarixi abidələr də restavrasiya edilib. Azərbaycan Turizm Bürosu ilə birgə Naxçıvanda kənd evləri layihəsi həyata keçirilməkdədir. Bəhs etdiyim kənd layihəsi "Gözəl kənd" layihəsi adlanır. Həmin ləyihə çərçivəsində Naxçıvanda kənd turizmi və ekoturizmin inkişaf etdirilməsi nəzərdə tutulub", - deyə Cəlilsoy söyləyib.
Onun sölərinə görə, Naxşıvan Muxtar Respublikasında iri miqyaslı infrastruktur layihələri həyata keçirilir.
Naxçıvan MR-nın Ali məclisi sədrinin sərəncamı ilə "2018-2022-ci illərdə Naxçıvan MR-də turizmin inkişafına dair" dövlət proqramı qəbul edilib.
COVID-19 pandemiyasına qədər (2020-ci ilə kimi, - red) 2016-2019-cu illər ərzində muxtar respublikaya gələn turistlərin sayı ildə 400.000 nəfər təşkil edib. Hədəf bu turist sayını yarım milyona qaldırmaq olsa da, pandemiya səbəbindən hazırda muxtar respublikaya gələn türistlərin sayı azalıb.
Samirə Əli


www.anews.az