• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Naxçıvanda vaxtı keçmiş kreditlərinin ödənilməsinin həcmi artıb

Naxçıvanda vaxtı keçmiş kreditlərinin ödənilməsinin həcmi artıb
09.04.2024 10:04
2024-cü ilin üç ayında Naxçıvanda 290,2 min manat vaxtı keçmiş kreditin ödənilməsi təmin olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çox olub. Bu barədə Report Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına dəstək olaraq İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fonduna istinadan yazıb. 
 
Cari ilin üç ayında qaytarılan kreditlərin həcmi 1,7 milyon manat olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə mqayisədə 52% çox olub. 
 
Ümumilikdə 2024-cü ilin yanvar-martında Naxçıvan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə daxil olan vergi ötən ilin eyni dövrü ilə müqayisədə 24,8% və ya 9,1 milyon manat artaraq 45,8 milyon manat təşkil edib.
 
2024-cü ilin martın 1-nə Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 9,2 % artaraq 16 935 olub.

Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 10,3 % çoxalaraq 472 təşkil edib.

2023-cü ildə Naxçıvanda 1 milyard 552 milyon manat dəyərində ümumi məhsul istehsal olunub. 
 
Ötən il Naxçıvanda orta aylıq əməkhaqqı 689 manat təşkil edib.
 
Gülnar 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya bazarlarında neft cüzi ucuzlaşıb
İqtisadiyyat 09:22
Dünya bazarlarında neft cüzi ucuzlaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:15
Avro və rubl ucuzlaşıb - Məzənnə
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
İqtisadiyyat 10:34
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
Bakı və Kabil "Lazurit" dəhlizinin genişləndirilməsini müzakirə edib
İqtisadiyyat 10:14
Bakı və Kabil "Lazurit" dəhlizinin genişləndirilməsini müzakirə edib
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşır
İqtisadiyyat 09:53
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşır
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:46
Qızılın qiyməti bahalaşıb
Məzənnə açıqlanıb
İqtisadiyyat 09:44
Məzənnə açıqlanıb
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
İqtisadiyyat 17:04
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Turizm ECO ölkələri üçün prioritet əməkdaşlıq sahəsidir
İqtisadiyyat 14:22
Turizm ECO ölkələri üçün prioritet əməkdaşlıq sahəsidir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol