2024-cü ilin yanvarında Naxçıvanda 519 yeni vergi ödəyicisi qeydiyyata alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21 % çoxdur. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Məlumata görə, qeydiyyata alınmış vergi ödəyicilərinin 95 faizi fiziki, 5 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Hesabat dövründə kommersiya qurumlarının 44 faizi elektron qaydada, 56 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.
Yanvarda Naxçıvanda vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 65,6% artararaq 16,5 milyon manat təşkil edib.
2023-cü ilin dekabrında açıqlanan statistika görə, Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 19 % çoxalıb.
Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 29,2 % artaraq 443 nəfər olub.
2023-cü ildə Naxçıvanda 1 milyard 552 milyon manat dəyərində ümumi məhsul istehsal olunub.
Ötən il Naxçıvanda orta aylıq əməkhaqqı 689 manat təşkil edib.
Aygün
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !