Naxçıvanın yeni baş naziri seçildi

14:57 | 23.05.2020
Naxçıvanın yeni baş naziri seçildi

Naxçıvanın yeni baş naziri seçildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Səbuhi Məmmədovun Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarını imzalayıb.

Qərarda deyilir ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 37-ci maddəsini və 25-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi  Səbuhi Hidayət oğlu Məmmədovun Naxçıvan Muxtar Respublikasının baş naziri seçib. 

Qeyd edək ki, Səbuhi Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini  və maliyyə naziri vəzifəsində çalışıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM