Naxçıvanın Daxili İşlər Nazirliyindən İlqar Nəsibovla bağlı yeni AÇIQLAMA

14:39 | 26.08.2014
Naxçıvanın Daxili İşlər Nazirliyindən İlqar Nəsibovla bağlı yeni AÇIQLAMA

Naxçıvanın Daxili İşlər Nazirliyindən İlqar Nəsibovla bağlı yeni AÇIQLAMA

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan şəhər sakini İlqar Nəsibovun Naxçıvanda Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi İctimai Birliyinin ofisində döyülməsi ilə əlaqədar 2014-cü il avqustun 23-də yaydığı məlumata əlavə olaraq yeni məlumat yayıb.Yeni məlumatda deyilir: “Naxçıvan Şəhər Polis İdarəsinin istintaq və təhqiqat bölməsi tərəfindən aparılan araşdırma zamanı aydın olub ki, Naxçıvan şəhər sakini İlqar Nəsibov avqustun 21-də saat 22:30-da sərxoş vəziyyətdə Naxçıvan Muxtar Respublika Xəstəxanasına gətirilib, aldığı xəsarətə görə ona ilkin tibbi yardım göstərilib. Avqustun 22-də həyat yoldaşının təkidi ilə İlqar Nəsibov evə buraxılıb.

Fərid Əsgərov öz izahatında bildirib ki, onun ailə üzvləri iqtidaryönümlüdürlər. Bu səbəbdən İlqar Nəsibov onun ailə üzvləri barədə nalayiq və təhqiramiz ifadələr işlədib. Fərid Əsgərov təhqiramiz ifadələr işlədən İlqar Nəsibovun cavabını verib, bu isə qarşılıqlı ittihama və davaya səbəb olub”.(Media forum)

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür