ANN.Az xəbər verir ki, bu barədə məlumatı politoloq Elxan Şahinoğlu öz Facebook səhifəsində bildirib.
"Belarus prezidenti Lukaşenko Kiyevə gedərək Kremlin baş düşməni Ukraynanın dövlət başçısı Poroşenko ilə əlaqələri genişləndirmək istədiyini deyib. Poroşenko da Lukaşenkoya vəd verib ki, Minsklə Brüssel arasındakı münasibətlərin normallaşması üçün vasitəçi olacaq. Eyni gündə bir başqa maraqlı açıqlama Rusiyanın digər müttəfiqi Qazaxıstan prezidenti Nazarbayevdən gəlib. Qazaxıstan prezidenti deyib ki, Rusiyaya və Ukraynaya eyni gözlə baxır. Əvvəl belə demirdi. Məsələ aydındır, Lukaşenko və Nazarbayev Putinin Qərblə təhlükəli oyunundan, anti-Ukrayna siyasətindən kənarda dayanmaq istəyirlər. Üstəgəl Rusiyanın batan rublu Belarus və Qazaxıstanı alternativ bazarlar axtarmağa məcbur edir".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !